Ötən il futbolçu karyerasını başa vuran Dirk Kuyt məşqçiliyə başlayıb.
Qol.az-ın məlumatına görə, veteran futbolçu sabiq komandası “Feyenoord”da çalışacaq.
O, 19 yaşlılardan ibarət komandanın baş məşqçisi təyin edilib. Bu barədə şəxsi instaqram hesabında paylaşım edən 37 yaşlı Kuyt gələn mövsümdən işinə başlayacağını bildirib.
Qeyd edək ki, Hollandiya millisinin sabiq üzvü “Utrext”, “Feyenoord”, “Liverpul” və “Fənərbaxça” klublarında çıxış edib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.