Topaz Premyer Liqanın 22-ci turunun “Neftçi” – “Sumqayıt” oyunundan sonra maraqlı hadisə baş verib.
Qol.az-ın xəbərinə görə, matç başa çatan kimi meydana daxil olub futbolçularını təbrik edən qonaq komandanın baş məşqçisi Samir Abasov öz azarkeşlərinə təşəkkür etdikdən sonra oyunçularını “Neftçi” azarkeşlərinin yer aldığı tribuna önünə də aparıb. Onun tapşırığı ilə futbolçular meydan sahibi komandanın fanatlarına təşəkkür edib. Yerli azarkeşlər də “Sumqayıt”ın bu jestini bəyənərək rəqibi alqılaşlayıblar.
Xatırladaq ki, “Neftçi” – “Sumqayıt” görüşü 2:2 hesabı ilə yekunlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.