Bu gün Topaz Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 22-ci tura yekun vurulub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ikinci oyun günündə də 2 qarşılaşma keçirilib. "Zirə" doğma meydanda 3 cavabsız qollar "Qəbələ"dən üstün olub. "Sumqayıt" isə səfərdə "Neftçi"ni məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Qəbələ" başçılıq edir. "Səbail" 2-ci (39 xal), "Qarabağ" isə üçüncü (34 xal) pillədə qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.