banner
banner

İdman

"Qəbələ"nin 6-cı yarımfinalı

"Qəbələ"nin 6-cı yarımfinalı

“Qəbələ” sabah ölkə kubokunun yarımfinal mərhələsində öz meydanında “Neftçi” ilə qarşılaşacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu matç “qırmızı-qaralar”ın kubokda 57-ci qarşılaşması olacaq. İndiyədək keçirdiyi 56 görüşdə 29 dəfə qalib gələn komanda yubiley – 30-cu qələbənin astanasındadır. “Qəbələ”nin hesabında 17 heç-heçə və 10 məğlubiyyət də var. Rəqib qapılarına 97 top vuran “qırmızı-qaralar” bu göstəricidə 100-ə çatmağa yaxındır. Bunun üçün komandaya 3 dəfə fərqlənmək kifayətdir. “Qəbələ” kubok matçlarında 47 qol buraxıb. 

 


Arxada qalan 56 oyundan üçündə rəqib “Neftçi” olub. Paytaxt təmsilçisi ilə iki dəfə yolları kəsişən “qırmızı-qaralar” 2013/14 mövsümünün finalında 1, 2015/16 mövsümünün yarımfinalında 2 matçda “ağ-qaralar”la üz-üzə gəlib. Hər üç matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu iki duelin taleyi penaltilərlə həll olunub ki, zərbələri paytaxt təmsilçisi daha dəqiq yerinə yetirib.

“Qəbələ” tarixində 6-cı dəfə yarımfinalda mübarizə aparacaq. Əvvəlki 5 cəhddən ikisində finala adlayan komandamız 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı (3:0, 1:1), 2016/17 mövsümündə “İnter”i (3:1, 2:0) mübarizədən kənarlaşdırıb. “Qırmızı-qaralar” yarımfinal səddini məhz onları bu mərhələdə udan rəqibləri yenməklə adlayıb. Komandamız 2007/08 mövsümündə “Xəzər Lənkəran”a (1:3, 1:1), 2008/09 mövsümündə isə “İnter”ə (0:5, 2:0) yenilib. 2015/16 mövsümündə isə “Qəbələ” final yolunda “Neftçi” ilə qarşılaşıb – 1:1, 1:1, pen. 3:4.

Aprelin 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun Azərbaycan kubokunda 31-ci ev matçı olacaq. Doğma azarkeşlər önündə 18 qələbə qazanıb, 9 heç-heçə edən əyalət təmsilçisi cəmi 3 dəfə uduzub. Öz meydanında 63 qol sevinci yaşayan komanda cəmi 18 top buraxıb.

Cari mövsüm yarimfinala qədər üç oyun keçirən “Qəbələ” bütün matçlarda qələbə qazanıb. 1/8 finalda 
“Mil-Muğan”ı 8 cavabsız qolla məyus edən “qırmızı-qaralar” 1/4 finalda “Səbail”i mübarizədən kənarlaşdırıblar – 1:0, 4:2.

Xatırladaq ki, “Qəbələ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.