Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Roma”ya 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Barselona” ciddi itki ilə üzləşib. Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, kataloniyalıların yarımmüdafiəçisi İvan Rakitiç zədələnib. Dünənki matçda sağ əlindən xəsarət alan xorvatiyalı futbolçunun barmağı sınıb.
Rakitiçin bu gün əməliyyat olunacağı açıqlanıb. Onun hansı müddətə sıraya qayıdacağı isə hələlik bilinmir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.