Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk görüş İngiltərədə keçirilir.
Çoxlarının gözləmədiyi halda bu mərhələyə qədər gələn “Liverpul” qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olmuş “Roma”nı qəbul edir. İtaliya təmsilçisi də yarımfinala sürpriz şəkildə yüksəlib.
Yurgen Kloppun rəhbərlik etdiyi “mersisaydlılar” “Mançester Siti”ni, “canavarlar” isə “Barselona”nı mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, sabah yarımfinalın digər ilk oyununda “Bavariya” “Real”ı qəbul edəcək.
24 aprel
Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
22:45."Liverpul" (İngiltərə) - "Roma" (İtaliya) - 5:0 (İkinci hissə) Qol: Məhəmməd Salah, 36, 45+1, Mane, 57, Firmino, 62; 69 Hakimlər: Feliks Brix, Mark Borş, Ştefan Lup, Markus Xeker Köməkçi hakimlər: Bastian Dankert, Marko Frits
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.