Karyerasını Çinin “Xebey Çayna Forçun” klubunda davam etdirən Xavyer Maskerano yerli çempionatda ilk qolunu vurub. Argentinalı yarımmüdafiəçi ölkə kubokunun “Şandun Lunen”lə görüşündə fərqlənib. Təcrübəli futbolçu 77-ci dəqiqədə rəqib komandanın qapısına təyin olunan penalti zamanı qapıçıdan qayıdan topu tora göndərib.
Qeyd edək ki, Maskerano qışda “Barselona”nı Çin klubuna dəyişib. Maraqlıdır ki, o, Kataloniya klubunda ilk qolunu bu komandada keçirdiyi 319-cu oyununda vurmuşdu.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.