Roberto Mançininin İtaliya millisinə baş məşqçi təyinatı rəsmiləşib.
Qol.az-ın xəbərinə görə, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi Tvitter səhifəsi məlumat yayıb.
Mançini federasiya ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmasa da, daha əvvəl Mançinin 2 illik müqavilə imzalyacağı və ilinə 2 milyon avro qazanacağı haqda xəbərlər yayılmışdı.
Qeyd edək ki, “Fiorentina”, "Latsio" “İnter”, “Mançester Siti”, “Qalatasaray” kimi klubları çalışdıran Mançini son olaraq “Zenit”in baş məşqçisi olub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.