banner
banner

İdman

"Qəbələ" beynəlxalq turnirdə

"Qəbələ" beynəlxalq turnirdə

“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə “qırmızı-qaralar” iyunun 7-dən 10-dək Macarıstanda keçiriləcək Qallini Dünya Kubokunda qüvvəsini sınayacaq. 

Komanda Budapeştdə təşkil olunan yarışa bu gün yola düşəcək. Rakif Əliyevin baş məşqçisi olduğu heyətdə 18 futbolçu yer alıb. Bunlar Zaur Sultanov, Süleyman Damadayev, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Orxan Səlimov, Ülvi Mədətov, Kamal Kazımov, Anar Tağıyev, Gülağa Əsədov, Mehrac Baxşəliyev, Ümid Həmzəyev, Kamil Nəzirli, Xəyal Səmədov, Kənan Qaragözov, Asif Məmmədov, Rəşad Əmrahov, Tofiq Vahabov və Taleh Qarayevdir. 
“Qəbələ” B qrupunda Macarıstanın “Dinamo Star” və İtaliyanın “Venetsiya” klubları ilə mübarizə aparacaq. İyunun 8-də keçiriləcək ilk oyunda "Qəbələ" macarıstanlı həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün “qırmızı-qaralar” Apennin təmsilçisi ilə görüşəcək. Qrup oyunlarının nəticələrinə əsasən, komanda iyunun 9-10-da daha 3 matça çıxacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.