banner
banner

İdman

“Devizimiz “Azadlıq, amma məsuliyyət”dir” - Çerçesov

“Devizimiz “Azadlıq, amma məsuliyyət”dir” - Çerçesov

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov komandasının dünya çempionatındakı hədəflərindən danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis qeyd edib ki, Rusiya yığmasının ev sahibliyi edəcəyi mundialdakı ilk hədəfi 1/8 finala adlamaqdır:

“Braziliya və Almaniya kimi komandaların 2 hədəfi olur. Birincisi, qrupdan çıxmaq, daha sonra da finala doğru irəliləmək. Bizim də dünya çempionatındakı ilk hədəfimiz qrupdan çıxmaqdır. 

Bəzən müdafiədə, yaxud hücumda oyunumuz istədiyimiz kimi alınmır. Amma vəziyyətin yaxşıya doğru dəyişəcəyinə inanırıq. 

Bizim devizimiz “Azadlıq, amma məsuliyyət”dir. Çünki azad olmayan insan özünü göstərə bilməz. 
İlk rəqibimiz Səudiyyə Ərəbistanıdır. Bu komanda haqda kifayət qədər məlumatımız var. 

Rəqib heç də zəif deyil. Çünki 6 futbolçuları İspaniyaya üz tutub. Baş məşqçi Çilidən olduğu üçün elə çilililər kimi oynayırlar. Bizi asan oyun gözləmir. Bununla belə, məqsədimiz qələbə qazanmaqdır”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.