"Bu mənim sevinc göz yaşlarımdır. Bu cür anları hər gün yaşamırıq. Çox sağ ol, Bakı! Bu qələbə mənim üçün önəmli idi". Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bunu Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında kişilər arasında Elit kateqoriyasında çempion olmuş fransalı idmançı Silven Andre söyləyib: Fransalı velosipedçi ötən ilin oktyabr ayında Bakıya səfərini xatırlayaraq Dünya Sınaq Yarışında da qələbə qazandığını vurğulayıb: “Bu dəfə üç həftə öncədən məşqlərə başladıq. Bu bizim üçün böyük təcrübə oldu. Özüm üçün ən güclü rəqib komanda yoldaşım Joris Dodeni görürdüm. Çünki bütün yarış ərzində qrupda əsas lider o idi”.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb