Fransa millisinin hücumçusu Kilian Mbappe zədələnib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 19 yaşlı forvard məşqdə Adil Rami ilə mübarizədə xəsarət alıb.
Sağ ayağından zədə alan Mbappe paltardəyişmə otağına həkimlərin müşayiəti ilə yollanıb. Hələlik fransız futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu məlum deyil.
Xatırladaq ki, Fransa millisi DÇ-2018-dəki ilk oyununu iyunun 16-da Avstraliyaya qarşı keçirəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.