banner
banner

İdman

“O Messi kimdir ki, meydanda qaçmır?” – dünya çempionundan sərt açıqlama

“O Messi kimdir ki, meydanda qaçmır?”

1986-cı ilin dünya çempionu, Argentina millisinin sabiq futbolçusu Ektor Enrike yığmanın hazırkı kapitanı Lionel Messinin DÇ-2018-dəki çıxışını sərt tənqid edib.

Qol.az-ın “Ole” nəşrinə istinadən yaydığı xəbərə görə, o bildirib:

 

“Birinci növbədə futbolçuların meydandakı davranışına baxmaq lazımdır. O Messi kimdir ki, meydanda qaçmır? Öz işinə məsuliyyətlə yanaşmaq, millinin formasını geyinməklə fəxr etmək lazımdır. Bu mənada, Maradona bizim üçün nümunə idi. O, bizə rahatlaşmağa imkan vermirdi. Hamıdan çox özü qaçır və mübarizə aparırdı. Onun ayaqlarından vururdular, amma ayağa durub yenə qaçırdı. Bunu görəndə əmin olurduq ki, bütün çətinliklərə birgə sinə gəlməliyik.

Amma indi nə baş verdiyini anlamıram. Oyunçular sanki korlanıblar. Əgər mən Messinin komanda yoldaşı olsaydım, ona deyərdim: “Artıq oyan və meydanda qaç!”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.