“Çelsi”nin qapıçısı Tibo Kurtua “Real”a keçməyə yaxındır. KLublar arasında razılıq əldə olunub.
Madrid klubu Belçika millisinin üzvü üçün London təmsilçisinə 35 milyon avro ödəyəcək. Kurtuanın müqaviləsinin 4 ildən az olmayacağı bildirilir. Qeyd edək ki, 26 yaşlı Kurtua 2011-ci ildə “Genk”dən “Çelsi”yə Keçib. O, 2011-2014-cü illərdə “Atletiko”da icarə əsasında çıxış edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.