banner
banner

İdman

"Yuventus" "Bavariya"dan üstün oldu

"Yuventus" "Bavariya"dan üstün oldu

Beynəlxalq Çempionlar Kuboku çərçivəsində Filadelfiyada keçirilən matçda İtaliyanın “Yuventus” klubu Almaniyanın “Bavariya” klubuna 2:0 hesabı ilə qalib gəlib. Trend-in məlumatına görə, “Yuventus”un heyətində hücumçu Andrea Favilli dubl edib.

Yoldaşlıq xarakteri daşıyan turnirdə "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Liverpul", "Tottenhem" və "Mançester Siti", "Real Madrid", "Atletiko" və "Barselona", "Roma" və "Milan", "Borussiya"," Lion " və "PSJ", eləcə də “Benfika" klubları çıxış edir.

 

Matçların əsas hissəsi ABŞ-da keçirilir. Komandalar simvolik turnir cədvəlində birincilik uğrunda mübarizə aparırlar. Oyunun əsas vaxtı heç-heçə ilə başa çatarsa, qalib penalti zərbələrində müəyyənləşdirilir. Qalib komanda iki xal, məğlub olan isə bir xal qazanır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.