“Çelsi”nin futbolçusu Villlian komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Braziliyalı yarımüdafiəçi “Metro”ya açıqlamasında London klubunda özünü xoşbəxt hiss etdiyini deyib: “İngiltərəyə qayıdıram. “Çelsi”də çox xoşbəxtəm. Londonda yaşamaq xoşuma gəlir”.
Qeyd edək ki, Villlianın adı “Barselona”, “Real” və “Mançester Yunayted”lə hallanırdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.