“Yuventus” bu gün bazasında yoxlama oyunu keçirib. Turin təmsilçisi gənclərin və əsasən heyətin 6 üzvünün yer aldığı komanda ilə qarşılaşıb. Yoxlama matçında ABŞ turnesinə yollanmayan “Yuve”nin əsas heyət üzvlərindən Duqlas Kosta, Rodriqo Bentankur, Paulo Dibala, Xuan Kuadrado, eləcə də yeni transferlərdən Kriştianu Ronaldo və Leonardo Bonuççi forma geyiblər. Matç “Yuventus”un əsas komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kuadrado, Dibala və Ronaldo vurub. Qeyd edək ki, “Yuventus” avqustun 8-dən tam heyətlə məşqlərə başlayacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb