Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Barselona” fransız yarımmüdafiəçini heyətinə qatmaq üçün “Qırmızı şeytanlar”a rəsmi təklif göndərib. Lakin Mançester təmsilçisi bəyan edib ki, Poqba satılmır.
Fransız futbolçunun son günlər Joze Mourinyo ilə münasibəti yaxşı deyil. Lakin bu məqam da onun klubda qalmasına təsir göstərməyib.
Qeyd edək ki. “Barselona” Poqba üçün qarşı tərəfə müdafiəçi Yerri Mina, yarımmüdafiəçi Andre Qomeş və 45 milyon funt təklif etmişdi
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.