banner
banner

İdman

“Zenit”dən fantastik “come back”

“Zenit”dən fantastik “come back”

“Zenit” fantastik geri dönüş etməklə Avroliqada pley-offa yüksəlib. 
Qol.az-ın məlumatına görə, ilk oyunda səfərdə Minsk "Dinamo"suna 0:4 hesabı ilə uduzan "Zenit" öz meydanında 72-ci dəqiqədə 2:0 öndə olarkən qırmızı vərəqə alıb. 

10 nəfər qalmasına baxmayaraq, Dzyubanın dublu ilə hesabı 4:0-a çatdıran Piter klubu matçı əlavə vaxta daşıyıb. 99-cu dəqiqədə "Dinamo"nun hesabı 1:4 etməsi demək olar ki, cütün taleyini böyük ölçüdə həll edib. 
Amma 109-cu dəqiqədən etibarən meydanda möcüzə yaşanıb. 109-120+3-cü dəqiqələr aralığında daha 4 (!) qol vuran "Zenit" 8:1 hesablı qələbə qazanmaqla pley-offa yüksəlib. 

Qeyd edək ki, "Zenit" "Barselona"dan sonra avrokuboklarda ilk görüşdə alınan 0:4 hesablı məğlubiyyətdən sonra mərhələ adlayan ikinci klubdur. Kataloniya klubu 2016/17 mövsümündə ÇL-in 1/8 finalında PSJ ilə ilk görüşdəki yenilgidən sonra cavab matçında Paris klubuna 6:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.