banner
banner

İdman

Aquerodan 9-cu het-trik, 140-cı qol

Aquerodan 9-cu het-trik, 140-cı qol

“Mançester Siti”nin hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasının ikinci turunda “Haddersfild”lə oyunda (6:1) het-trik edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu, argentinalı forvardın Premyer Liqada sayca 9-cu het-trikidir. 

Bu nəticə ilə Aquero yalnız Alen Şirerdən geri qalır. “Sautgempton”, “Blekbern” və “Nyukasl”ın sabiq forvardının hesabında 11 het-trik var. 

“Haddersfild”lə matçda 3 dəfə fərqlənməklə 30 yaşlı forvard İngiltərə birinciliyində vurduğu qolların sayını 140-a çatdırıb. Aquero yalnız Ruud van Nistelroydan (144 qol) geri qalmaqla Premyer Liqa tarixinin ən məhsuldar ikinci əcnəbisidir



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.