Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasında yubiley oyununu keçirib. Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, II turun “Qəbələ” ilə qarşılaşması (2:1) qolkiperin ölkə çempionatlarında 150-ci matçı olub.
Premyer Liqada 2011/12 mövsümündə debüt edən Ağayev 150 matçda 145 qol buraxıb. 4 klubun formasını geyinən Səlahət “İnter”də (indiki “Keşlə”) 90, “Sumqayıt”da 39, “Neftçi”də 13, MOİK-də 8 matç keçirib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.