banner
banner

XƏBƏRLƏR

Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV

Rumıniyanın və Bolqarıstanın nüfuzlu media orqanlarının yaydığı məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasından rəsmi etiraf tələb edib. Qeyd olunur ki, Prezident bu barədə Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı danışıb.

Bu cəriməni tez ödəyənlərə güzəşt: Prezident təsdiqlədi

Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Bəzi rayonlarda yağış yağıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəriati əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

AB-dən Azərbaycan şirkətinə qarşı sanksiya

Avropa Birliyi (AB) Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.