banner
banner

XƏBƏRLƏR

Prezident təsdiqlədi, gömrükdə qaydalar dəyişdi - Kimlərə şamil olunacaq?

Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edib. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Məcəlləyə əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Bununla belə, məcəlləyə görə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Bu isə dəqiqləşdirmənin aparılmasını zəruri etmişdi.

Sənədsiz evlərə çıxarışların verilməsində yenilik

Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.

Baş nazir hərbçilər haqda qərar imzaladı

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.