XƏBƏRLƏR
İyulun pensiyası bu tarixdə ödəniləcək
İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “İNŞAAT SERVİS-2” MMC ilə 974.023,15 manat məbləğində satınalama müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 07.07.2025-ci ildə dərc edilib.
Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu
Azərbaycanın rayon və qəsəbələrində aparılan qanunsuz tikinti işlərinin miqyasına nəzər salsaq, ilk sırada Sabunçu rayonu xüsusi yer tutur. Görünən odur ki, bu ərazidə qanunsuzluqlar sistemli şəkildə həyata keçirilir və bu proseslərə rayonun icra başçısı Adil Vəliyevin birbaşa və ya dolayı yolla nəzarət etdiyi istisna olunmur.
10 milyonluq idman avadanlıqları hardadır - nazirə sual var
10 milyonluq idman avadanlıqları hardadır - Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi idman inventarının və digər avadanlıqların satın alınması üzrə 11.04.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “ST MARK” QSC seçilib və tərəflər arasında 1.999.999,98 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 02.07.2025- ci ildə dərc edilib.
Rusiyanın Azərbaycanla bağlı planı budur - Saakaşvili
Rusiya Ermənistanın Gümrü bazasına yeni əlavə qüvvələr göndərir.
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər
Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbii doğuş ödənişsiz şəkildə, yəni icbari tibbi sığorta hesabına həyata keçirilir.
Mətanətin yerinə o, gəldi - FOTO
"Xəzər TV"də yaımlanan "Xəzər axşamı" verilişində müvəqqəti dəyişiklik olub.
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli diqqət mərkəzinə gəlib.
Ədliyyə naziri bələdiyyələrlə bağlı QƏRAR İMZALADI
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat" təsdiqlənib.
DYP-dən radarlarla bağlı vacib AÇIQLAMA
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) radarlarla bağlı hərəkət iştirakçılarına müraciət edib.
Rusiya Azərbaycandan görün nələri idxal edir? - Siyahı
Rusiya Azərbaycanın əsas qeyri-enerji ixracatının əsas alıcısıdır.
Mağara əməliyyatı: şəhid olan türk hərbçilərin sayı artdı
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha 3 hərbçisi şəhid olub.
Azərbaycanın xaricdəki bütün diplomatları Bakıya ÇAĞIRILDI
Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Bakıya dəvət edilib.
Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir?
İslahat yaxşı prosesdir. Amma bu proses inkişafa xidmət edərsə, orada uğurlu nəticə almaq olar.
Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq — FƏRMAN
Prezident fərmanı ilə “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər” siyahısında dəyişiklik edilib.


