banner
banner

Səhİyyə

Mingəçevir Şəhər Xəstəxanasında niyə həkim TAPMAQ olmur? – Tibb müəssisəsi səbəbi AÇIQLADI

Mingəçevir Şəhər Xəstəxanasında niyə həkim TAPMAQ olmur? – Tibb müəssisəsi səbəbi AÇIQLADI
Yazar: Xuraman Hüseynzadə

Region xəstəxanalarında həkim çatışmazlığı ciddi problem olaraq qalır. Ekspertlər bu problemin səbəbini maaşın aşağı olması ilə əlaqəlındirirlər. Bu üzdən gənc mütəxəssislər rayonlara getmək istəmir.  

Son günlər Mingəçevir Şəhər Xəstəxanasında həkim çatışmazlığı olduğu barədə narazılıqlar var. Xüsusilə əməliyyat və digər problemlərlə bağlı müraciət edənlər ya Gəncə Şəhər Xəstəxanasına, ya da Bakıdakı tibb müəssisələrinə göndərilir.

Şikayətçilər deyir ki, günortadan sonra Mingəçevir Şəhər Xəstəxanasında həkim tapmaq mümkün deyil. Xəstəyə vaxtında yardım göstərilməsi üçün ixtisaslı kadr olmadığından ağır xəstələrin Bakıya gətirilməsinə ehtiyac yaranır. 

Məsələ ilə bağlı sözügedən xəstəxanadan Bizim.Media-nın sorğsna cavab olaraq kadr çatışmazlığının olmadığı bildirilib: 

 

“Hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında vətəndaşlara zəruri tibbi xidmət göstərən həkim-ümumi cərrahların sayı kifayət qədərdir və bütün ümumi cərrahi əməliyyatlar həyata keçirilir.

Xəstəxanada hazırda iki həkim-otorinolorinqoloq fəaliyyət göstərir. Həkimə müraciət sayı çox olduğundan vətəndaşlara tibbi xidmətin qısa müddətdə göstərilməsi üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər müəssisələrə göndəriş verilir”.

Xəstəxanadan o da qeyd olunub ki, hazırda tibb müəssisəsində həkim-travmatoloq-ortoped yoxdur:

“Bu səbəbdən bütün travmatoloji əməliyyatlar üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslı dövlət tibb müəssisələrinə və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş verilir”.

Bizim.media



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əməkdar həkim vəfat etdi

Azərbaycanda tanınmış tibb xadimi, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əməkdar həkim Cəbrayıl Əlinağıyev vəfat edib.

Səhiyyə Nazirliyinin müəssisələrinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm mandatı və Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirilib.

Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT

12 iyul tarixində müğənni Aysun İsmayılova rəsmi İnstagram hesabında əməliyyat etdirməsi ilə bağlı video paylaşmışdı. Əməliyyatı isə, plastik-estetik cərrah Dilqəm Məhərrəmov icra edib. Müğənni əməliyyatdan sonrakı görüntüləri də paylaşaraq, növbəti əməliyyatı da Dilqəm Məhərrəmova həvalə edəcəyini söyləyib.