Elşən Xəzərin qızı Tik-Toker kimi məhşurlaşan "Beniz"in məhkəməsində ifadə verdi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli “tiktoker” Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Cia.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən proses şahid ifadəsi ilə işini davam etdirib.
Şahid A.F. ifadəsi zamanı Aybəniz Xəlilovanı şəxsən tanımadığını və yalnız sosial şəbəkələrdən iş adamı Xalid Kərimovun yaxını kimi tanıdığını deyib.
Şahid bununla yanaşı ifadəsində bildirib ki, o bu işlə bağlı hər hansı bir polis bölməsində və yaxud hər hansı bir müstəntiqin yanında heç bir ifadə verməyib. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra o buna təəccübünü gizlədə bilməyib.
"Mənim ümumiyyətlə bu ifadədən heç xəbərim olmayıb, heç yerdə ifadə verməmişəm və heç yerə də imza atmamışam".
İstintaqdakı ifadələrinin altından atılan imzalara baxdıqda isə onun imzasına oxşarlığını təsdiq etsədə onun bu ifadələrdən və imzalardan xəbərinin olmadığını bir daha deyib".
Şahidin ümümi ifadəsindən bəlli olub ki,o məşhur meyxanaçı Elşən Xəzərin qızı olmaqla yanaşı şəhid və qazi ailələrinə ərzaq və digər yardımlar göstərməklə məşğuldur. İş üzrə zərərçəkən Xalid Kərimovu da həmin yardımlarda iştirakçı kimi tanıyıb və onunlə digər hansı bir əlaqəsinin olmadığını deyib.
Qeyd edək ki, şahidin adından yazılan ifadədə bildirilib ki, güya Aybəniz Xəlilova onun Xalid Kərimovla yaxınlığını əsas gətirərək onu şantaj edib ki, bu barədə onun əlindəki fotoları sosial şəbəkələrdə yayacaq.
Növbəti proses mayın 5- nə təyin edilib.
Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın Baş katibinə məktub göndərib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər fonunda dəniz səviyyəsinin sürətlə enməsi ilə bağlı narahatlıq artır. Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyevin Astanada keçirilən Regional Ətraf Mühit Sammitində bildirib ki, Xəzər dənizinin suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr enə bilər.
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib. Cia.az-in xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
İsveçrə Federal Cinayət Məhkəməsində Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı genişmiqyaslı məhkəmə prosesi başlayıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar əlilliyi olan 4 şəxsə minik avtomobili təqdim edilib.
Aprelin 21-də "Bakı Metropoliteni" QSC-də baş vermiş hadisə ilə bağlı texniki araşdırmanı səhmdar cəmiyyətinin bütün rəhbər heyətinin birbaşa iştirakı ilə mühəndis-mütəxəssisləri aparır.