banner
banner

Gündəm

Prezident onu vəzifəsindən azad etdi

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Gorus-Qafan yolunda yeni lövhə: “Azərbaycana daxil olursunuz” -FOTO

ia.az xəbər verir ki, Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan yeni lövhə quraşdırıb.Ermənistan KİV-ləri yazır ki, lövhədə üç dildə - Azərbaycan, rus və ingilis dillərində - “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” sözləri yazılıb.

Ermənistanda döyüş mövqelərinin birində ehtiyatda olan hərbçi ölüb

Cia.az xəbər verir ki, Ermənistanda döyüş mövqelərinin birində ehtiyatda olan hərbçi ölüb. bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb. İlkin məlumatlara əsasən, 1978-ci il təvəllüdlü serjant Mkrtiç Ovakimyan döyüş xidmətinin təşkili qaydalarını pozub və odlu silahdan ölümcül yara alıb.

Biz ata-oğul olsaq da, Raminin şəxsi işinə qarışmıram

TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı Qaynarinfo-ya müsahibə verib. Cia.az həmin müsahibəni təqdim edir: - Baba bəy, oğlunuzun istefa verməsi ilə bağlı nə deyə bilərsiz?

Baş nazir Əli Əsədov qərar imzalayıb.

Cia.az xəbər verir ki, Nazirlər Kabineti “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”nın təsdiq edilməsi barədə qərar verib.bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün ondan borc alan şəxsi döyüb

Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manat pulunu sələmə verərək qazanc əldə etməkdə adı hallanır. “Qafqazinfo” xəbər verir ki, T.Əhmədovun mərmər biznesi ilə məşğul olan şəxslərə faizlə pul verdiyi iddia olunur. Qazaxıstandan Azərbaycana mərmər gətirilməsi ilə məşğul olan Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarov hazırda dələduzluqda ittiham olunurlar və onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Şəhidin xatirəsinə bulaq-abidə kompleksi istifadəyə verildi

Cia.az xəbər verir ki ,bu gün Suraxanı rayonunda vətən müharibəsinin şəhidi, əsgər Manafov Osman Natiq oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilən bulaq-abidə kompleksinin açılışı olub açılışda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin əməkdaşları, RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Vətən Müharibəsinin Şəhid ailələri və qazilər, eləcə də Şəhidimizin ailə üzvləri və yaxınları iştirak etmişlər.

AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

Cia.az-ın məlumatına görə, AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb.Britaniya bürosunun verdiyi xəbərə görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 27-30 sentyabr tarixləri arasında keçiriləcək payız sessiyası çərçivəsində Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavanın (İrlandiya) hazırladığı "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabat dinləniləcək, bu barədə debat aparılacaq.

COVID-19 vaksinasiya məntəqəsi yaradılıb.

Bakı Beynəlxalq Avtovağzal kompleksində sərnişinlər üçün COVID-19 vaksinasiya məntəqəsi yaradılıb. Cia.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.