banner
banner

Gündəm

Təlimdən əvvəl Türkiyə və Azərbaycan xüsusi təyinatlılarına zəruri peyvəndlər vurulacaq

Birgə təlimdə iştirak edəcək Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının heyəti sağlamlıq baxımından yararlı olmalıdır. Cia.az -ın məlumatına görə, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.Memoranduma əsasən, ev sahibi ölkə tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb oluna bilər.

Azərbaycanda daha bir istefa..

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasiyasının prezidenti vəzifəsindən rəsmən istefa verib.

Deputat COVID-19 pasportunun tətbiqini tənqid edib

Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanda bir çox yerlərdə COVID pasportunun tələb edilməsinə tənqidi yanaşıb. “Qafqazinfo” xəbər verir ki, millət vəkili bununla bağlı bir sıra suallar qaldırıb. O, COVID pasportunun tətbiqinə şübhə ilə yanaşdığını ifadə edib:

Eldar Həsənov ifadə verib

Cia.az-ın məlumatına görə, Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Cəlil Mirzəyev məhkəmə baxışının həftədə bir dəfə keçirilməsinə dair vəsatət verib.

Azərbaycan İrandan Qarabağa gedən yük maşınları yoxlamağa başlayıb

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Kafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb.

Kərim Vəliyev Ankaradakı Heydər parkını ziyarət edib

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

Nümayəndə heyəti Qarabağda

Cia az xəbər verir ki, ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti bugün Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə "Qafqazinfo"ya Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Şənbə -bazar günləri qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan mikroavtobus sürücüləri aşkarlanıb.

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına əsasən şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Sentyabrın 13-ü hava yağmursuz keçəcək

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin Cia.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-30° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq