Gündəm
Şuşalı jurnalistlər 30 ildən sonra Şuşada
Əslən Şuşadan olan bir qrup media nümayəndəsi bu gün Şuşa şəhərinə yola düşüb. Cia.az-ın məlumatına görə, onlar 30 ildən sonra doğma şəhərlərini gəzəcək, məscidləri ziyarət edəcək, digər tarixi yerlərdə olacaqlar.
Hər iki qolları kəsilmiş şəxs xəstəxanaya yerləşdirildi
Gəncə sakini, 1973-cü il təvəllüdlü Əliyev Yaşar Müzəffər oğlu özünə xəsarət yetirib. Cia.az-ın məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb
Din adamından İrana: “Diqqətli olun, bura Azərbaycandır”
Güney Azərbaycanın Təbriz şəhərinin imamcüməsi Seyid Məhəmmədəli Əli Haşim İran Daxili İşlər Nazirliyinin Şərqi Azərbaycan əyalətinə yeni vali təyinatına etiraz edib.
KİRAYƏ EVLƏRİN QİYMƏTİ YENƏ ARTİB
Ali məktəblərdə dərslərin başlanmasına bir neçə gün qalıb. Hazırda tələbə adını qazananları bir məsələ düşündürür. Kirayə ev tapmaq.
“Caliber”: İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olur
Azərbaycan tərəfi bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib.
Cücüyə” bir teleqram vurardılar ki, “nə durmusan, gəl, atan ölüb”
Heç kimə sir deyil ki, tipik Azərbaycan ailələrində ən çox arzulanan oğlan övladıdır. Qocalar bir-birinə dua edəndə “Oğulun sağ olsun” deyirlər. Qoca babamdan eşitmişəm, kiməsə təşəkkür edəndə “o bir balan sağ olsun, o iki balan sağ olsun” deyir. Həmişə düşünürdüm, görəsən, babam niyə “bir balan sağ olsun” deyir. Axı, onun iki qız, bir oğul övladı var. Böyüdükcə anladım ki, “o bir balan sağ olsun” deyəndə təkcə oğlan övladı nəzərdə tutulur. Ümumiyyətlə, bizim millətin övlad deyəndə ilk ağlına gələn kişi cinsidir. Oğulu olmayanı sonsuz kimi qəbul edirlər. İndi kimsə deyə bilər, bizim ailədə qız daha çox sevilir, çox arzulanır. Lakin istisnalar qaydanı pozmur. Əksəriyyətin düşüncəsi oğul övladının üstünlüyüdür. Oğlan nəsil artırır, oğlan ata evinin çırağını yandırır və sair və ilaxır.
Ağdamın yenidən qurulmasına şahidlik etmək bizlərə də nəsib olar -Mustafa Tuzcu
"30 ildən sonra işğaldan azad olunmuş Ağdam şəhərindəyik. Ağdamın yenidən qurulmasına şahidlik etmək bizlərə də nəsib olar. Burada olduğumuz üçün qürur hissi keçiririk". Cia.az xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələrinin Ağdama səfəri çərçivəsində Türkiyənin ticarət nazirinin köməkçisi Mustafa Tuzcu jurnalistlərə açıqlamasında deyib.
Qadın toyundan öncə Qubadakı ağ məsciddə din xadimi ilə intim əlaqədə oldu
Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə keçmiş nümayəndəsi və rayonun axundu Elnur Əfəndiyevlə intim görüntüləri yayılan qadın L.S.-in və ona kömək etdiyi bildirilən İftixar Ağayevin cinayət işi üzrə maraqlı məqamlar üzə çıxıb. Cia.az xəbər verir ki, L.S. Qubada işlədiyi mağazanın müdiri İftixar Ağayevin köməyi ilə evinə kamera quraşdırıb. Daha sonra axundu evə dəvət edərək, onunla intim əlaqədə olmasını videoya çəkib. Onlar E.Əfəndiyevi bu görüntüləri yaymaqla hədələyərək ondan pul tələb ediblər. L.S. və İftixar Ağayev axundun qarşısına şərt qoyublar ki, ya 75 min manat pul verməli, ya da qadına ev almalıdır. E.Əfəndiyev həmin tələbləri yerinə yetirmədiyinə görə həmin şəxslər görüntüləri internetdə yayıblar.
Tehran bizi saymırsa, daha kəsərli addımlara ehtiyac var -Şərh
İrana verilən notaların faydası yoxdur, müəmmalı yüklər ərazimizə qanunsuz daşınmaqda davam edir. Tehran bizi saymırsa, daha kəsərli addımlara ehtiyac var".
Biz Qarabağın işğaldan azad edilməsinə görə sevinirik və Azərbaycanı bu istiqamətdə dəstəkləyirik
Buralar müqəddəs torpaqlardır. Biz Qarabağın işğaldan azad edilməsinə görə sevinirik və Azərbaycanı bu istiqamətdə dəstəkləyirik”Cia.az-ın məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında Qazaxıstanın Ticarət və İnteqrasiya nazirinin müavini Kayrat Torrebayev deyib.
Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı - Rəsmi açıqlama
“Instagram”da “unvanli_sosial_yardim”, “sosial_yardim_qeydiyyat”, “unvanli_sos_yardim” kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və ya kimlərinsə) aztəminatlı ailələrin üzvlərini onların inamından və məlumatsızlığından sui-istifadə edərək aldatmaqla, dələduzluq yolu ilə qazanc əldə etməsi məqsədinə yönəlib”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Ağdamdadır - FOTOLAR
Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunan Ağdama səfəri başlayıb. Cia.az AzərTac-a istinadən xəbər verir ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan olan nümayəndələri Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısı alınıb.
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısı alınıb.
Türkiyənin 2 hərbçisi şəhid oldu, yaralananlar var
Türkiyə ordusunun 2 hərbçisi Suriyada şəhid olub.
Baş nazir məktəblərdə əyani tədrisin təhsilinə dair qərar imzalayıb
Nazirlər Kabineti Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında qərar verib.


