banner
banner

Gündəm

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Paytaxtın əsas küçə, prospekt və yolları dezinfeksiya edilir

Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Keçmiş jurnalist Xədicə İsmayık mənə qarşı anti-dialoq statusu niyə yazsın ki?

Dünən Prezident Administrasiyasının partiyalarla görüşündə QHT qanunvericiliyinin yaxşılaşdırılması çağırışı ilə növbəti dəfə təkidli çıxış etdim. Ardınca, LAF TV kanalına bu müzakirə haqqında ətraflı müsahibəmdə yenə də QHT qanunvericiliyinin təcili şəkildə yaxşılaşdırılması zərurətini vurğuladım. Amma görünür, siyasi dialoqun bu hissəsi həm hakimiyyətin daxilindəki bəzi qüvvələrə, həm də QHT-lər üçün hüquqi şəraitin pis olması səbəbilə ölkəyə xəlvəti yollarla axıdılan qrantların vasitəçilərinə sərf eləmir".

YAP-ın bir sıra rayon təşkilatlarına yeni sədrlər təyin edildi - SİYAHI + YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının (YAP) Bakı üzrə rayon təşkilatlarına yeni sədrlər təyin olunub. Cia.az xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin iclasında qərar qəbul olunub. Partiyanın Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlun, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlun, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlun, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Suraxanı rayon təşkilatının sədrliyinə Seyidov Vüqar Səməndər oğlu, Xəzər rayon təşkilatının sədrliyinə Əhmədov Namiq Məcid oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu, Pirallahı rayon təşkilatının sədrliyinə Abasov Emil Tofiq oğlu təyin edilib.

Sədrlik əldən getdi

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın Bakı şəhəri üzrə təşkilat sədrləri yeniləri ilə əvəz edilib. Cia.az xəbər verir ki, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı,Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Nizami rayon təşkilatının sədri deputat Sədaqət Vəliyeva üçün sədrlik fəaliyyəti sona yetib.

Ramin Hacılı məhkəmədə huşunu itirdi

Azərbaycan Avropa Hərəkatının hazırda həbsdə olan sədri Ramin Hacılı məhkəmədə huşunu itirib. Cia.az xəbər verir ki, bu barədə anası Hürü Hacıyeva Qaynarinfo-ya açıqlamasında deyib. O bildirib ki, oğlu aclıq aksiyası keçirdiyi üçün halı pisləşib: “Raminin ürəyi getdi, Təcili Tibbi Yardım çağırdılar. Su vermək istədilər, içmədi. Həkimlər gəlib iynə vurdu”.

Azərbaycan gəncləri Şuşaya səfər edib

Sentyabrın 10-da Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb. Cia.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə reallaşdırdığı səfər çərçivəsində 30 gənclər təşkilatının 50-də çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni abidələrimiz, erməni vandalizminin acı nəticələri, qədim şəhərin görkəmli yerləri, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olublar. Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən və qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib.

Özünə məxsus aptekdə işçilərlə ünsiyyət quran koronavirus xəstəsi aşkarlandı - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Elməddin Abdullayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib. Lakin həmin şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində insanların sıx hərəkətdə olduğu yerdə polis əməkdaşları tərəfindən saxlanılıb.

11 rayon mərkəzi xəstəxanası ilə diaqnostika mərkəzləri birləşdiriləcək -Siyahı

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ildə səhiyyə sistemində aparılan islahatlar çərçivəsində növbəti addım müalicə-diaqnostika mərkəzlərinin rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi ilə bağlıdır. Tibb müəssisələrinin strukturu ilə bağlı həyata keçirilən bu yeniliyin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir”. Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.