banner
banner

Gündəm

Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villalar dəyər-dəyməzinə satılır

Verilən məlumata görə, sabiq deputat İlham Əliyev təyin olunan vergi cəriməsini ödəmək üçün 1 ay vaxt istəyib Eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib. “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. Ötən ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb. İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var. Verilən məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün 1 ay vaxt istəyib.

Dövlət sərhəddini qanunsuz keçməyə cəhd edən qaraçılar

Gürcüstandan Azərbaycan istiqa­mətində dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda dövlət sərhədini pozmağa cəhd göstərən 3-ü azyaşlı uşaq olmaqla, 10 nəfər qaraçı saxlanılıb. Dövlət Gömrük Komitəsindən Cia.az-a verilən məlumata görə, araşdırma zamanı onlardan 2 nəfərin eyni cinayət əməlini törətdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləş­dirilmişdir. Faktla bağlı cinayət işi başlanılmış, azyaşlılar istisna olmaqla, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşlar, hazırda istintaq tədbirləri davam etdirilir. Ümumiyyətlə, son dövr ərzində qaraçı milliyyətindən olan şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə dövlət sərhədini qanun­suz keçməyə cəhd göstərmə hallarının artması müşahidə olunur.

Türk Şurası nazirlərinin Bakı görüşü qarşılıqlı investisiya üçün önəmli addımdır - Türkiyə Ticarət və Sənaye Palatası

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasının keçirilməsi qarşılıqlı investisiya üçün önəmli addımdır. Cia.az-ın məlumatına görə, bunu TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildiriblər. TOBB-dan bildiriblər ki, türkdilli ölkələrdə münbit investisiya mühiti mövcuddur:

Bu görüntülərdən sonra din xadimlərinin tanrısına etiqadmı qalar?

Bu görüntülərdən sonra din xadimlərinin tanrısına etiqadmı qalar? Son günlər ölkə gündəmini zəbt edən virtual seks qalmaqalı bitmək bilmir. intim videolardan uşaqdan böyüyə yəqin ki, hamı xəbərdardır.Sözün doğrusu, xəcalət çəkmirəm desəm, yalan olar. Evində uşaq böyüdənlər nə desin balalarına, necə açıqlama verək, “vəzifə tutanlara qarşı tələdir”, desək, üstlərindəki paltarı soyunub atmaq performansına necə bəraət qazandırasan? İntim videosu yayılanların xəcalət çəkib, çəkmədiyini deyə bilmərəm,amma evində uşaq böyüdən hər bir valideyn cəmiyyətimizdə belə tərbiyəsizliklərin baş verdiyi üçün övladı qarşısında xəcalət təri axıdır. Hamıya məlumdur ki, sözügedən videogörüntülər Göyüşovun vurğuladığı kimi, vəzifə tutanların ictimai-siyasi nüfuzuna ləkə gətirmək üçün qurulmuş tələdir. Lakin tələyə düşməmək üçün insan həddən ziyada ağıllı olmalı deyil, sadəcə əxlaqlı bir qədərdə ağıllı olmalıdır. Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Göyüşovun belə tez aldanıb, ağ saqqalına, yaşına, yaraşmayan hərəkətlərinə qınaq qamçıları çəkmədən müzakirə etmək qeyri-mümkündür.Göyüşovun yaşı seksi ancaq şəriət qaydalarına uyğun yaşamağa icazə verir. El arasında belə bir söz var “Insanlar dəli olanda mollanın yanına gedir, molla dəli olanda hara getsin?”

Mühafizəçi iş yerində öldü

Yevlax şəhər stadionunun mühafizəçisi iş yerində ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhər Mərkəzi Stadionu ərazisində baş verib.

Gürcüstanda azərbaycanlı deputatın da intim videosu yayıldı

Ötən gün YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Rasim Göyüşovun virtual intim görüntüləri yayılıb. Bu xoşagəlməz məsələ gündəmə gəldikdən sonra aydın olub ki, sosial şəbəkə istifadəçiləri arasında eyni üsulla “tora salınan” başqa şəxslər də var. Cia.az xəbər verir ki, artıq bu tələyə düşən insanların sayı çoxaldığı üçün, həmin şəxslərin iş mexanizmi də müəyyənləşib. Belə ki, şantajçılar sosial şəbəkə hesabına cəlbedici və açıq-saçıq gənc qız fotolarını qoymaqla əvvəlcədən seçdikləri kişilərə dostluq göndərirlər. Öncədən telefonda ekrangörüntüsünü videoya çəkən proqramı aktivləşdirdikdən sonra, həmin şəxslərə görüntülü zəng edirlər. Zəngə cavab verilən andan proqram aktivləşir və erotik hərəkətlər edən “qadın” qarşı tərəfin diqqətini cəlb etməyə və onu mümkün qədər daha uzun müddətdə videozəngdə saxlamağa çalışır.

MTN generalı bu şəxsləri şantaj edərək rüşvət alıb - ADLAR

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə zərəçəkmiş şəxslərin adları məlum olub.