Gündəm
Quru sərhədlərin açılması ilə bağlı Gömrük Komitəsindən AÇIQLAMA
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair bəzi KİV və sosial şəbəkələrdə yayılan məlumatları şərh edib.
Səlim Müslümovun həbs müddəti uzadılıb
Səbail Rayon Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı bağlı istintaq orqanının təqdimatına baxılıb.
Azərbaycan gələn həftə quru sərhədlərini aça bilər
Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər.
Coğrafiya İnstitutunun direktoru vəfat edib
AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib. Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olmuşdu. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdi. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdı. Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmışdır. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirmişdi. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdı. O, 2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildən isə AMEA-nın həqiqi üzvü idi. R.Məmmədovun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanmışdır. Tanınmış coğrafiyaçı alim, akademik Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdı. Allah rəhmət eləsin!
Ermənilər iki bacının qəbrinin arasından səngər qazıblar - FOTO
Ermənilər iki bacının qəbrinin arasından səngər qazıblar.
Paralimpiyaçımız Vüsalə Kərimova Vətən Müharibəsi iştirakçısı ilə ailə qurdu – FOTOLAR
Paralimpiyaçımız Vüsalə Kərimova Vətən Müharibəsi veteranı Vaqif Babazadə ilə ailə qurub.
Siracla Məhərrəmin son şəklini çəkən fotoqraf danışdı
"Azərtac" Xəbər Agentliyinin fotoqrafı Rəşad Mehdiyev Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin özünün çəkdiyi son fotolarını paylaşıb.
Gürcüstan səfirliyindən Vəkil Abdullayevin Rusiyada öldürülməsi ilə bağlı AÇIQLAMA
Gürcüstanın Azərbaycandakı Səfirliyi Rusiyada azərbaycanlı gənc Vəkil Abdullayevin öldürülməsi ilə bağlı açıqlama yayıb.
BMT-də Azərbaycan mütəxəssislərinin Ermənistanla bağlı təqdimatları dinlənilib
İyunun 2-4-də 2021-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT BA) Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsin başlığı altında Xüsusi Sessiyası keçirilmiş və tədbirin yekunu olaraq Siyasi Bəyannamə qəbul edilmişdir.
“Global Journalism Council” media işçilərinin qətli ilə bağlı bəyanat yaydı
“Global Journalism Council” (GJC) beynəlxalq jurnalist təşkilatı ermənilərin minaladağı ərazilərimizdə Azərbaycanın media işçilərini minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb.
İyunun 10-dan etibarən Rusiya və Türkiyə vətəndaşları hava yolu ilə Azərbaycana səfər edə biləcəklər
Nazirlər Kabineti yanında Operativ Qərargah epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib.
Kəlbəcərdə minaya düşərək həlak olan məmurla vida mərasimi keçirilir FOTO
Kəlbəcər rayonunun Susuzluq kənd istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyevlə vida mərasimi keçirilir.


