Gündəm
Jurnalistlərin minaya düşmə anının - PARTLAYIŞIN GÖRÜNTÜLƏRİ YAYILDI
İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düşmə anının görüntüləri yayılıb.
Qlobal Jurnalistlər Şurası azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb
Qlobal Jurnalistlər Şurası Kəlbəcərdə mina partlayışı nəticəsində Azərbaycanın iki media işçisinin şəhid olması ilə bağlı bəyanat yayıb.
Kəlbəcərdə minaya düşərək xəsarət alanlardan ikisinin vəziyyəti açıqlanıb - VİDEO
Bu gün səhər saatlarında Kəlbəcər rayonunda minaya düşərək xəsarət alan AzTV-nin rejissoru Emin Məmmədovun son durumu açıqlanıb.
AzTV-nin sədri beynəlxalq jurnalist təşkilatlarına çağırış edib
"Bir neçə aydır ki, Azərbaycan Televiziyasının və AZƏRTAC-ın əməkdaşları işğaldan azad olunmuş ərazilərdə foto və video faktları toplamaq istiqamətində çalışırdılar. Məqsəd, əlbəttə ki, erməni vandalizmini, erməni barbarlığını bütün dünyaya olduğu kimi təqdim etmək idi. Növbəti ünvan da Kəlbəcərin Susuzluq kəndi idi. Təəsüflər olsun ki, avtobus yolda tank əlehinə minaya düşüb və üç həmvətənimiz həlak olub".
Şevçenko: "Azərbaycanlı jurnalistlərin minaya düşməsi diversiya və terror aktıdır"
“Bir halda ki jurnalistlər icazə verilən ərazidə hərəkət edərkən minaya düşüblər, deməli burada minanın quraşdırılması diversiya və terror aktıdır. Ermənilərin mina xəritələrini verməkdən imtina etməsi biabırçılıqdır. Bu, Azərbaycanın əsas tələblərindən biri olmalıdır”.
Ali Məhkəmənin sabiq hakimi vəfat edib
Azərbaycan Ali Məhkəməsinin sabiq hakimi Nəriman Hüseynov vəfat edib.
“Haber Global” Kəlbəcərdə şəhid olan jurnalistlərə görə Ermənistanı qınadı
“Haber Global” Azərbaycanın Kəlbəcər rayonunda jurnalistlərin minaya düşərək şəhid olması ilə əlaqədar bəyanat yayıb.
Jurnalistlər Şahbulaq qalası və məscidində olub
Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.
Baş prokuror Kəlbəcərdəki hadisə ilə bağlı beynəlxalq təşkilatlara məktub ünvanlayıb
Baş Prokuror Kamran Əliyev işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində bir qrup şəxsin minaya düşməsi faktı ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara rəsmi məktub ünvanlayıb.
Gələn həftədən Azərbaycanda "Pfizer” vaksininin tətbiqinə başlanacaq
Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Litva səfirliyi Kəlbəcərdə şəhid olan jurnalistlərlə ilə bağlı başsağlığı verib
Litvanın Azərbaycandakı səfirliyi media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək şəhid olmaları ilə bağlı başsağlığı verib.
AZƏRTAC-ın Kəlbəcərdə şəhid olan müxbiri sabah dəfn olunacaq
“Məhərrəm İbrahimovun (Əlioğlu) meyiti Kəlbəcərdə hadisənin baş verdiyi yerdən çıxarılıb. Bizə verilən məlumata görə, bu gecə və yaxud da sabah tezdən onun meyiti yaşadığımız mənzilə çatdırılacaq”.
Azərbaycan Ombudsmanı Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı bəyanat yaydı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.
Azərbaycanın iki media işçisi minaya düşərək həlak olub VİDEO
Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Azərbaycanlının güllələnməsi rus millətçilərinin iç üzünü açdı
Bəzi “siyasətçilər” Novosibirskdə baş vermiş faciəni fürsət bilərək azərbaycanlılara qarşı nifrətini büruzə verir


