banner
banner

Gündəm

Məlahət İbrahimqızı: “Azərbaycanda Analar günü təsis edilsin”

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məlahət İbrahimqızı dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə Analar gününün qeyd olunduğunu qeyd etdi. Bu mənada Azərbaycanda da ilin bir gününü Analar günü kimi qeyd etməklə bağlı təklif səsləndirdi.

Parlamentdə YAŞAT Fondu və fermerlərlə bağlı çağırış

Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Cari məsələlərə ayrılan vaxt ərzində çıxış edən deputat Anar İsgəndərov YAŞAT Fondunun fəaliyyətindən bəhs etdi. Onun sözlərinə görə, Azərbaycan tarixində ilk hadisəydi ki, YAŞAT Fondunun yaradılmasından iki həftə sonra şəhid ailələrinə, qazilərimizə ciddi dəstək göstərməyə başladı. Bu gün YAŞAT Fondunun xəttilə bütün dünyada marafon keçirildiyini deyən A.İsgəndərov dünya azərbaycanlılarının bu marafonda aktiv iştirak edəcəyinə əminliyini ifadə etdi.

İyunun 1-dən sonra məscidlərə qoyulan qadağa ləğv ediləcək?- AÇIQLAMA

"Mən birdən-birə tamamilə yumşaldılmaya gedilməsinin əleyhinəyəm. Biz ötən il eyni təcrübəni yaşadıq və ardınca sərt karantinlərin şahidi olduq. Ona görə tam yumşaldılmanın tərəfdarı deyiləm. Bu hal kütləvi yoluxmaları artıra bilər. Əgər tam yumşaldılmaya gedilərsə, çimərliklərə icazə, toylara qoyulan qadağa və digərləri ləğv olunarsa, yenidən ölkəmiz üçün təhlükələr yarana bilər".