Gündəm
Vahid Əhmədov Şuşanın kəndləri ilə bağlı narahatlığını ifadə etdi
Deputat Vahid Əhmədov Milli Məclisin plenar iclasındakı çıxışında dedi ki, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun qəbulu müstəsna əhəmiyyətə malikdir. Millət vəkili qeyd etdi ki, Şuşa rayonu 30-cu ildə yaradılıb, hal hazırda 37 kəndi var.
Azərbaycanda 596 nəfər COVID-19-dan sağalıb, 203 nəfər yoluxub, 8 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.
28 May - Respublika Günü ictimai nəqliyyat işləyəcək - Nazirlər Kabineti
28 May - Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.
Elmar Vəliyevlə bağlı kritik qərar: Nə baş verir?
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə araşdırması davam edir. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.
Ermənistan Müdafiə Nazirliyinin əsgər ölümü ilə bağlı yalanı üzə çıxdı
Ermənistan ordusunun əsgəri Mher Ovannisyanın intiharı ilə bağlı cinayət işi qaldırılıb.
Zahid Oruc: “Bir həftədə iki yanğın hadisəsi”
"Bərdə Ticarət Mərkəzində baş verən yanğın 2112 kvadrat metr ərazini, 88 mağazanı əhatə etməklə sahibkarlara xeyli ziyan vurub. Bərdə və qonşu rayonların Yanğın Təhlükəsizliyi əməkdaşlarının hadisəyə müdaxiləsi nəticəsində 200 dən artıq ticarət köşkünün üçdə ikisini xilas etmək mümkün olub. Yanğının erkən səhər saatlarında meydana gəlməsi anındaca müdaxiləyə imkan verməsə də, Mühafizə xidməti əməkdaşlarının fövqəladə hal barəsində operativ məlumatı dərhal əraziyə xüsusi texnikanın gəlməsinə şərait yaradıb. İlkin ehtimala görə, işlək mağazalardan birinin içərisində yerləşən müşahidə kamerasının pristavkasında yaranan alovun artaraq bitişik köşklərə keçməsi, əsasən, geyim və yanğın potensiallı mallarının sürətlə ötürülməsi qısa vaxtda belə geniş sahəyə yayılmasına səbəb olub".
Meşədə azan yaşlı kişi 17 gün sonra sağ tapıldı
ABŞ-ın Oreqon ştatında bir kişi 17 gün meşədə sağ qala bilib.
DİN-dən Təbriz Gülalıyevin düşdüyü qəza ilə bağlı açıqlama
Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin dünən düşdüyü qəza ilə bağlı açıqlama verib.
Gürcüstanda 20 Yanvar şəhidinin məzarı bərpa olunub FOTO
20 Yanvar şəhidi İlqar Əhmədovun doğulduğu Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kəndində yerləşən məzarı bərpa olunub.
“Bakıda mahnı kasetləri yazıb satırdım…” – Araz Ağalarov sovet vaxtı ilk biznesindən danışıb
“Crocus Group”un prezidenti Araz Ağalarov TASS-ın “Biznesin birinci simaları” layihəsində maraqlı müsahibə verib.
Əhəd Abıyevdən narazı sakinlər Prezident Administrasiyası önündə aksiya keçirdi
Mayın 24-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administarsiyasının binası qarşısında etiraz aksiyası keçirib.
Oqtay Gülalıyevin oğlu avtomobil qəzasına düşüb
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam saatlarında yol-nəqliyyat qəzasına düşüb.
Elmira Axundovanın oğlunun açılmayan cinayət dosyesi... – Prokurorluq 4 ildir susur
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın oğlu Həbib Axundovun yaxtasında baş verən ölüm işinin 4-cü ili tamamlanmaq üzrədir. Amma ötən müddət ərzində “Miss Lafarella” internet yarışmasının iştirakçısı, model Günel Rəşid qızı Mirzəyevanın hansı şəraitdə ölməsi araşdırılmamış qalıb.
Fazil Mustafadan Şuşa ilə bağlı vacib təkliflər
Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı təkliflərlə çıxış edib.
Azərbaycana turist axını 3 dəfədən çox azalıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 134 ölkədən 162,9 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.


