Sosİal
“DOST” xidmətlərinə daha bir xidmət əlavə olundu
Prezident İlham Əliyevin yeni Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin “DOST” mərkəzlərinin xidmətlərinin siyahısına daha bir xidmət əlavə edilib. Cia.az xəbər verir ki, bu - dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi xidmətidir.
Bakıda bir neçə marşrut xətti üzrə hərəkət dəyişdirilir
Bakıda bir neçə marşrut xətti üzrə hərəkət dəyişdirilir.
Bakının mərkəzindəki bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Bakının Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib.
“Sədərək”də daha bir əməliyyat keçirildi, saxlanılanlar var
Partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısının alınması istiqamətində ölkəboyu daha bir genişmiqyaslı əməliyyat keçirilib. DİN-dən Cia.az verilən məlumata görə, bir qrup şəxsin külli miqdarda pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək “Sədərək” Ticarət mərkəzində və digər ərazilərdə gizli şəkildə topdansatışını təşkil etmələri barədə daxili işlər orqanlarına əməliyyat məlumatı daxil olub.
İyulun 1-dək “Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2022-ci il iyulun 1-dək "Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq. Nazirlikdən Cia.az-a verilən məlumata görə, altsistem dövlət icbari şəxsi sığorta sahəsində idarəçilik və xidmətlərin elektron infatsrukturunun formalaşmasında önəmli rol oynayacaq.
“Ağıllı kənd”də işləyən fəhlələrin maaşının verilməməsi iddiası ilə bağlı
Tikintini aparan podraçı şirkətdən məsələ ilə bağlı Cia.az-a açıqlama verilib. Şirkətin açıqlamasında qeyd olunub ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.
“ASAN xidmət“ və “ASAN Kommunal“ mərkəzləri beş gün işləməyəcək
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 4-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Moskva aeroportlarında 90-dan çox reys ləğv edildi
“Vnukovo” Beynəlxalq Aeroportunda 12 aviareys təxirə salınıb, 3 aviareys ləğv edilib.
“2022-ci ilin Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi yazılacağına əminik”
“Azərbaycan tarixinin uğur səhifələrini zənginləşdirən daha bir ili arxada qoyuruq. Hər bir ilin hesabat xarakteri daşıdığını nəzərə alıb “2021-ci il ölkəmizin təqdimatına hansı əlavələri etdi” sualını cavablandırmaq istədik.
Bakı metrosunun iş vaxtı 1 saat uzadıldı
Bayramlarla əlaqədar dekabr ayının 29-dan Bakı metropolitenində gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib.
Hökümətdən təbii qazla bağlı vacib qərar - Yanvarın 1-dən ETİBARƏN
Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.
“Azərsu” gücləndirilmiş iş rejiminə keçdi
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Toy mərasimlərində peyvənd sertifikatına dair tələb dəyişir
Gələn il fevralın 15-dən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır.
Azərbaycanda 5 günlük bayram tətili başlayıb
Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.
Qurban bayramının vaxtı açıqlandı
2022-ci il üzrə Qurban bayramının tarixi açıqlanıb. Cia.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin 2022-ci il üzrə Miladi təqvimlə bağlı paylaşımında bildirilib. Qeyd olunub ki, gələn il Qurban bayramı iyulun 9-10-da keçiriləcək.


