banner
banner

Sosİal

Vətən müharibəsinə aid “orden” və “medal”ları satan şəxs azadlıqdan məhrum edildi

Yasamal Rayon Məhkəməsində “Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Bağırov Aydın Kamil oğlu barəsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb. Cia.az xəbər verir ki, Aydın Bağırov 44 günlük Vətən müharibəsindəki tarixi qələbə münasibəti ilə təsis edilmiş müxtəlif orden və medalların, həmçinin digər dövlət təltiflərinin aidiyyəti olmayan şəxslərə satışını təşkil etdiyinə görə DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

“Media haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri “Media haqqında” yeni qanun layihəsinin üçüncü oxunuşda ictimai müzakirəsini keçirib. “Report”un xəbərinə görə, onlayn iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Agentliyin digər rəsmi şəxsləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov və media orqanlarının rəhbərləri iştirak ediblər.

Avtovağzallar gücləndirilmiş rejimə keçib

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) də daxil olmaqla, respublikanın 56 avtovağzal və avtostansiya kompleksi Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Astara rayonunda KOB dostu fəaliyyətə başlayıb - FOTO

Regionlarda yeni mikro və kiçik sahibkarlıq subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların maraqlarının müdafiəsinə, onların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu şəbəkəsinin əhatə dairəsi genişləndirilir.

Şuşada doqquz yarımstansiya tikiləcək

2021-ci ildə Qarabağ regionundan enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar 36 onlayn müraciət daxil olub. Bu barədə Cia.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Mədəniyyət xadimlərinə dəstək üçün fond yaradıla bilər - NAZİR

“Mədəniyyət və incəsənət xadimlərinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı alətlər və mexanizmlər mövcud deyil. Buna dəstək üçün fond yaradılmalıdır”. Cia.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.

Regionlarda İT təlimçilərin ilk təlimi başa çatdı - FOTOLAR

Azərbaycan Telefon Rabitəsinin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və UNESCO təşkilatının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə regionlarda informasiya texnologiyaları (İT) sahəsində təlimçilərin hazırlanmasına yekun vurulub.

Dubaydan Bakıya gələn təyyarə gecikir

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Dubaydan Bakıya yola düşən (J2-012 reysi) təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir. Cia.az xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb. Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.