banner
banner

Sosİal

Ramiz Abutalıbov dəfn olundu - Fotolar

Yanvarın 1-i Moskvada vəfat edən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn olunub. “Qafqazinfo” xəbər verir ki, görkəmli diplomat II Fəxri xiyabanda dəfn edilib. Dəfn mərasimində maliyyə naziri Samir Şərifov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib.

Yeni ilin ilk günündə vurulan piyada xəstəxanada öldü

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub. DİN Mətbuat xidmətindənCia.az-a verilən məlumata görə, yanvarın 1-də saat 19 radələrində Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

Gəncədə iki nəfər dəm qazından zəhərlənib

Gəncədə sakinləri dəm qazından zəhərlənib. APA xəbər verir ki, 2005-ci il təvəllüdlü Ayşən Orazova və 1996-cı il təvəllüdlü Orxan Mərdanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı hər iki xəstənin dəm qazından zəhərlənməsi müəyyən edilib.

Azərbaycanda deputat karantin qaydalarını pozdu -FOTO

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozub. Cia.az-ın məlumatına görə, deputat Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydaları kobud şəkildə pozaraq, İmişli rayonunda təşkil olunan yas mərasimlərində iştirak edib.

Azərbaycanda unun qiyməti bahalaşıb?

Dünəndən sosial şəbəkələrdə Azərbaycanda unun qiymətinin qalxması ilə bağlı məlumatlar yayılır. Hətta bəzi mağazaların un satışını dayandırdığı qeyd edilir. Bakıda fəaliyyət göstərən marketlərdə isə günün birinci yarısına qədər çörəyin qiymətinin qalxması müşahidə edilməyib.

Azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatların yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən görülən zəruri tədbirlər uğurla davam etdirilir.

Bu prospektdə görüləcək işlə bağlı sürücülərə müraciət

Sabah səhər saatlarından Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Cia.az-a verilən məlumata görə, sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Görülən işlər zamanı yolda hərəkət məhdudlaşdırılmayacaq.

Vantau sahillərində güclü zəlzələ

Vantau sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb. Cia.az xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.