Sosİal
Azərbaycan Mədəniyyət Ocağının sədri vəfat etdi
Danimarkanın Arhus şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının sədri Kərim Urmulu uzunsürən xəstəlikdən dünyasını dəyişib. Cia.az xəbər verir ki, bu barədə diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.
Gəncədə 61 yaşlı kişi dəm qazından zəhərlənib
Gəncədə dəm qazından zəhərlənmə hadisəsi olub. “Report” xəbər verir ki, Məhsəti qəsəbəsində 1960-cı il təvəllüdlü Z.Əsgərov dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım alan şəxsin vəziyyəti kafi qiymətləndirilir. Hadisənin onun yaşadığı evdə qızdırıcı kimi istifadə olunan qazla çalışan sobanın anidən sönməsi səbəbindən baş verdiyi bildirilir.
Bu məhsulların idxalına məhdudiyyət qoyuldu
Fələstinin Tubas əyalətində dabaq, Polşanın Varminsk-Mazursk inzibati ərazisində, Fransanın Oksitaniya regionunda və İsveç Krallığının Skane inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qrıza 20 sm qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, soyuq hava kütlələrinin ölkə ərazisinə şərqdən daxil olduğuna görə intensiv və güclü yağıntılar səhər saat 11:00-a olan məlumata əsasən Quba-Qusar bölgəsində qeydə alınıb.
Bu il uşaqlar arasında virus xəstəlikləri artıb
“Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Uşaq Klinik Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb”. Cia.az xəbər verir ki, bu barədə xəstəxananın pediatr-infeksionisti Rəna Hüseynova bildirib.
Prezident qərarı təsdiq etdi: Hədd 200 manat olacaq
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunu təsdiq edib.
Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
Ölkə üzrə bütün sosial ödənişlər sabah yekunlaşacaq. Cia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Kəmaləddin Heydərov rəis müavinini təqaüdə göndərdi
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovniki təqaüdə göndərib. “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin maddi-texniki təminat üzrə müavini polkovnik Rəhimov Arzu Hüseyn oğlu bir müddət əvvəl vəzifəsindən azad olunub. Arzu Rəhimov öz istəyi ilə təqaüdə göndərilib.
Nazirlik əməkdaşlarına YAP-ın üzvlük vəsiqələri təqdim edildi - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 143 əməkdaşına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib, daha 107 əməkdaşın üzvlüklə bağlı ərizəsi qəbul edilib.
Erməni təmsilçi Sonadan danışdı
“Uşaq Avroviziyası-2021” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Ermənistan təmsilçisi Malena yarışma sonrası təmsilçimiz Sona Əzizova ilə qucaqlaşmasından danışıb. Cia.az “Armenpress” nəşrinə istinadən xəbər verir ki, o, daha əvvəl Sona ilə danışmadığını, ünsiyyət qurmadıqlarını deyib.
Lirə möhkəmlənməyə davam edir
Türkiyə lirəsi rekord şəkildə ucuzlaşdıqdan sonra möhkəmlənməyə davam edir. Cia.az xəbər verir ki, dollar lirə qarşısında ucuzlaşıb və hazırda 1 dollar 11,69 lirə təşkil edir.
“Kim rüşvət verirsə, heyvanla təmin olunur” – UCAR SAKİNİ
Ucar rayonu Yuxarı Şilyan kənd sakini, Əfqanıstan müharibəsi veteranı Yusifov İlqar Veysəl oğlu Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyevin fəaliyyətindən şikayətçidir.
ŞƏT-nin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Cia.az-ın xəbərinə görə, təbrikdə deyilir:
Qardan sonra yollarda vəziyyət necədir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.
Sabah bütün sosial ödənişlər veriləcək
Dekabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.


