banner
banner

Sosİal

Yeni poçt markası dövriyyəyə buraxıldı - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb. Cia.az xəbər verir ki, marka Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunub.

Əfsanəvi "Mixaylo"nun doğum günüdür

Bu gün Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günüdür. Cia.az xəbər verir ki, Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonra Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib.

Bakı Dairəvi yolunda qəza olub

Bakı Dairəvi yolunda qəza olub. Cia.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindən Avtovağzal istiqamətinə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində baş verib.

Heyvanlar bu hallardan sığortalanacaq

Aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı genişləndirilib. Cia.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Abid Şərifov: “Bacım qızının başına daş düşsün”

Rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Quliyevanın baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızı olması haqda xəbər yayılıb. Məsələ ilə bağlı Manset.az baş nazirin keçmiş müavini Abid Şərifovla əlaqə saxlayıb. O, açıqlamasında belə halları pisləyib.

Nazirlik əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) havaların kəskin soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Cia.az-ın xəbərinə görə, müraciətdə deyilir:

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

Dövlət Dəniz və Liman Agentliyində yeni təyinat olub. Cia.az-ın məlumatına görə, Renat Rzayev Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən agentlikdə sədr müavini vəzifəsini icra etməyə başlayıb.

İlyas İsmayılov Prezidentə məktub yazdı

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib. Cia.az xəbər verir ki, təbrik məktubunu partiyanın sədr müavini Elxan Şükürlü paylaşıb. Məktubu təqdim edirik:

Bakıda yol polisi gücləndirilmiş iş rejiminə keçir

Bakıda qış fəsli ilə əlaqədar qarlı, şaxtalı, qeyri-sabit hava şəraiti gözlənilir. Hava şəraiti ilə əlaqədar hərəkətin tənzimlənməsində polis təlimatlandırılıb”. Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Sabah Bakıda sulu qar, qar yağacaq

Azərbaycanda dekabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

“Hər ay repetitorlara, taksilərə xərclədiyim pulu təhsilə ödəməyə razıyam”

Artıq bir neçə gündür məktəblərdə Valideyn-Müəllim Assosiasiyası (VMA) tərəfindən pul yığılması ilə bağlı məsələ müzakirə olunur. Təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə də bu məsələyə toxunaraq iki modeldən birinin əsas götürülməli olduğunu açıqlayıb. Onun sözlərinə görə, təhsil müəssisələri ya tamamilə dövlət tərəfindən maliyyələşdirilməli, valideynlər bu prosesdə iştirak etməməli, ya da təhsil müəssisələrinə könüllü ianələrin olması qəbul olunmalı və bununla bağlı şəffaf mexanizm hazırlanmalıdır.