banner
banner

Sosİal

Ali Məhkəmənin Plenum iclası keçirilib

Dekabrın 24-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenum iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi olduğunu bildirib, yubiley münasibəti ilə Ali Məhkəmənin Plenum üzvləri adından dövlət başçısını təbrik edib.

18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

2020-ci ildə 165 nəfər 18 yaşadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb. Cia.az-ın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatda əksini tapıb.

İmişlidə qəza oldu, 11 min abonent qazsız qaldı - VİDEO

İmişli rayonunun mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb. Nəticədə 11 min abonentin qaz təchizatında fasilə yaranıb.

Əmək pensiyasının minimum məbləği 240 manata qaldırılır

Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq. Cia.az-ın məlumatıma görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu apellyasiya məhkəmələrinə hakimlər təyin edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb. Cia.az xəbər verir ki, layihəyə əsasən, Məhkəmə Hüquq Şurasının təklifləri nəzərə alınaraq aşağıda adları sadalanan apelyasiya məhkəmələrinə hakimlər təyin edilib. Bakı Apelyasiya Məhkəməsi üzrə:

25 500 AZN-lik İnvestisiya Fondunun qalibləri açıqlandı!

Coca-Cola Fondunun əsas dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “New Generation 2.0” (“Yeni Nəsil 2.0”) layihəsinin 22 dekabr tarixində baş tutan bağlanış mərasimində qaliblər müəyyənləşdirilib.

Daha 50 şəhid ailəsi və müharibə əlilinə mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib. Nazirlikdən Cia.az-a verilən məlumata görə, 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ötən 18 ildə Azərbaycan bütün sahələrdə mühüm tarixi nailiyyətlər əldə edib. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, torpaqlarınn Ermənistanın işğalından azad edilməsi isə tariximizə şanlı qəhrəmanlıq salnaməsi kimi yazılıb.

Gender bərabərliyi ilə bağlı hesabat Milli Məclisə təqdim olunub

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı Milli Məclisə təqdim olunub. Bunu Cia.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Radioların monitorinqi başa çatıb

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqləri başa çatıb. Hazırda məlumatların emalı prosesi gedir”. Bunu Cia.az-aDövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.

Ceyranbatanda ev yandı

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 70 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Satınalmalarla bağlı yeni QƏRAR - RƏSMİ

Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli qərarı ilə “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası” təsdiq edilib.