Sosİal
Azərbaycan XİN Mətbuat Xidməti İdarəsinin rəisi xarici jurnalistlərlə görüşüb
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva xarici jurnalistlərlə görüşüb. Cia.az-ın xəbərinə görə, bu barədə Leyla Abdullayeva "Twitter" hesablında yazıb.
“Memar Əcəmi” stansiyasında köməkçi qatar verilib.
Bakı Metropoliteninin işində problem yaranıb. Cia.az Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadən xəbər verir ki, xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün “Memar Əcəmi” stansiyasında köməkçi qatar verilib. Köməkçi qatardan sərnişinlər düşürülüb və sınaq qatarı xətdən çıx
Şəhərlərarası marşrut avtobuslarının sayı artırılır
Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Cia.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.
İbtidai sinif müəllimi koronavirusun qurbanı oldu
Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
30 yaşlı jurnalist Zaur Mehdiyev vəfat edib.
Azərbaycanda 30 yaşlı jurnalist Zaur Mehdiyev vəfat edib. Cia.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Z.Mehdiyev ötən gecə saat 2 radələrində qəfildən dünyasını dəyişib. Qeyd edək ki, mərhum Azərbaycanda müxtəlif media qurumlarında çalışıb.
Azərbaycanda abortun qorxunc statistikası: 15-17 yaşlı 29 qadın
Azərbaycanda bir ildə qeydə alınan abortların sayı açıqlanıb. Cia.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi rəsmi məlumatda bildirilib ki, 2020-ci ildə ölkədə 34719 abort qeydə alınıb. Onların da 777-si və ya 2,2 faizi - ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. 2020-ci ildə hər 1000 fertil yaşda olan qadına 13,3 abort düşüb.
Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il sentyabrın 19-da dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə aid olan vəzifə qrupları (AB, AC) üzrə test imtahanları keçirilib. DİM-dən Cia.az-averilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
“Azərbaycan Evləri soydaşlarımız üçün nəzərdə tutulub
Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Berlin şəhərində Almaniya Azərbaycanlıları Alyansının (AAA) toplantısında iştirak edib. Dövlət Komitəsindən Cia.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Alyansın İdarə Heyətinin sədri, Bakı-Nürnberq Cəmiyyətinin rəhbəri Yaşar Musayev açıb. Toplantıda Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniya Federativ Respublikasın
Sabaha küləkli hava gözlənilir
Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.
Nazir könüllülərlə birgə sahilyanı ərazini zibildən təmizlədi - Fotolar
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 18-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.
Xırdalan bazarının müdiri DYP tərəfindən təzyiqə məruz qaldığını iddia edir - VİDEO
Axundov Kamran Şəmistan oğlu Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin iki əməkdaşı - Bəhruz Ağayev və Tural Yolçuyev tərəfindən təzyiqə məruz qaldığını iddia edir.
Marsurutlara kart sistemi tetbiq olunsada. Hele bəzilərində- "Köhnə hamam köhnə tas"
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin rejiminin yumşaldılmasından sonra avtobuslarda sıxlıq müşahidə olunur .
Azərbaycanda evi necə almaq olar?
Azərbaycanda mənzil problemi həm SSRİ dövründə, həm də müstəqillik dövründə aktual olub. Ötən əsrin 90-cı illərində ölkə vətəndaşları bu problemi əsasən xaricdə, əsasən Rusiyada qazandıqları pullar hesabına həll edirdilər və evi yalnız nağd ala bilirdilər.
Seyidovun Siyasi Psixologiya Mərkəzi fəaliyyətini dayandırıb
illi Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə probleminin yaranması olub. Mərkəz insan psixikası, davranış, psixodiaqnostika, təlim və müalicə sahəsində ödənişli əsa
Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək
Ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyəti ilə görüş keçirilib.


