banner
banner

Sosİal

Dünyanın ən dəqiq aviaşirkətləri açıqlanıb - TOP-5

"Cirium" nüfuzlu konsaltinq agentliyi dünyanın ən dəqiq uzun məsafəli uçuşlar yerinə yetirən aviaşirkətlərini açıqlayıb. Cia.az xəbər Economics"in "Exo Moskvı" radiostansiyasına istinadən verdiyi məlumata görə, siyahının lideri Rusiyanın "Aeroflot" aviaşirkəti olub

“Cəfər Cabbarlı” stansiyasının təmiri hansı mərhələdədir?

Metronun “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmir və yenidənqurma işləri çərçivəsində yerüstü sahədə stansiya konstruksiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə üç istiqamətdə tədbir həyata keçirilir”. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Bu il 35 minə yaxın şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-avqust ayları ərzində 35 minə yaxın şəxsə əlillik təyin edilib.

Sahibə Həsənovanın namizədliyi irəli sürülüb

Cia.az xəbər verir ki, Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Əməkdaşlıq Koordinasiya Komissiyası, Rusiya və Azərbaycanın C Bölgəsindən (Şərqi Avropa və Şimali Asiya) namizədliyi ilə yanaşı Belarusun da Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union – ITU) Şurasına namizədliyini dəstəkləyib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb

Sentyabrın 12-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsində 2 santimetr artım, Kürəkçay-Çaykənd, Gəncəçay-Zurnabad və Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqələrində isə dəyişiklik qeydə alınmayıb. Təngərüdçay-Vaqo məntəqəsində 9, Viləşçay-Şıxlarda 4, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.

Məmur sinfinin məhv etdiyi jurnalistika...

Təhsil naziri Emin Əmrullayevin son mətbuat konfransı azsaylı ziyalıların və isteblişmentin nadir intellektual kəsiminin dilində məsələ çevrilib. Nazirlə bağlı sual yoxdur - O, bir daha yüksək peşəkarlıq, dərin ağıl və gözəl natiqlik qabiliyyəti göstərməklə öz rolunun öhdəsindən məharətlə gəldi. Narahatlıq aydın sual vermək bacarığı olmayan zavallı jurnalistlərlə bağlıdır. Jurnalistikanın faciəsi məhz o andan başlayır ki, jurnalistin nazirə və ya məmura heç bir sualı qalmır.

Yük maşını içi dolu yüklə yanıb

Cia.az-ın məlumatına görə Goranboyda yanğın baş verib, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İqlim dəyişikliyi bu şəkildə davam etsə, nəticələr çox ağır olacaq

Xəzərin Mərdəkan sahilində iki ölmüş suiti aşkarlanıb. Bu barədə Cia.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov ölən suitilər üzərində kəsik izləri müəyyən edildiyini deyib: "Bu suitilər endemik növdür. Onlara yalnız Xəzər dənizində rast gəlinir və digər suitilərlə müqayisədə kiçikdirlər. Bunlar kaladalara ilişərək tələf olublar. Kaladalar qeyri-qanuni ov alətidir. Torlara hər 20 santimetrdən bir qoyulur. Xəzərdə 100 metrlərlə uzunluğunda belə torlar var. Adətən nərə balıqlarının ovlanmasında istifadə olunur. Biz suitilər üzərində də hər 20 santimetrdən bir belə izlərə rast gəldik. Bunlar brakonyerlər tərəfindən zərər çəkmiş heyvanlardır. Onları kimsə öldürməyib, sadəcə dediyim kimi, həmin torlara ilişiblər".