banner
banner

Sosİal

Müharibə iştirakçıları və şəhid ailəsinin üzvləri SOCAR-da işə götürülüb - FOTO

Daha 6 müharibə iştirakçısı və şəhid ailəsi üzvü SOCAR-ın Təhlükəsizlik İdarəsində işlə təmin edilib. Cia.az verir ki, Vətən müharibəsi iştirakçıları Rüstəm Vahid oğlu Cabbarov, Nahid Elşən oğlu Abdullayev, Əmir Rövşən oğlu Cəfərov, Əlibəy Nadir oğlu Kamilov, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Çoban Razaddin oğlu Nurmətovun qardaşı Sənan Nurmətov və şəhid Fikrət Hikmət oğlu Zeynalovun qardaşı Mirzə Zeynallı işlə təmin olunub.

3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sentyabr ayının 8-də saat 00:57 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz’” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Bununla bağlı Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb. Sərhəd naryadının “Dayan” komandasına, havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularının ərazidən qaçmaq cəhdinin qarşısını almaq məqsədilə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib.

Sabah küçəyə çıxmaq tövsiyə edilm

Azərbaycanda koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, sentyabr ayının 11-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakının 4 rayonunda qaz kəsiləcək

“Böyük-Şor" QPS-dən “30-cu sahə” QPS istiqamətinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin “Böyük-Şor QPS - Böyükşor yol qovşağı” Magistral Qaz Kəməri üzərində 2 ədəd siyirtmənin quraşdırılması məqsədilə 10.09.2021-ci il tarixində saat 09:00-dan paytaxtın 4 rayonu üzrə qaz təchizatı məhdudlaşdırılacaq.

Şəhidimizin evinin yerləşdiyi küçə təmir olundu -FOTO

Xəzər rayonunun sakini, Vətən müharibəsi şəhidi Axundov Mirzə Musa oğlunun həyat yoldaşı Sübnaz Axundova 14 saylı Xəzər Seçki dairəsindən Milli Məclisin deputatı Soltan Məmmədova müraciət edərək, ona məxsus fərdi yaşayış evinin yerləşdiyi küçədə yolun təmirinə kömək göstərilməsini xahiş edib.

Cənab prezident hər şeydən xəbərdardır -Firdovsi Umudov

Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkə idmanı ilə bağlı bəzi mühüm məqamları vurğuladı və idman sahəsində buraxılan nöqsanların ciddi araşdırılmasını tapşırdı. Dövlət başçısı xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlərin qeyri-qənaətbəxş olduğunu deyərək, Tokioda medal qazananlar arasında gənc nəslin nümayəndələrinin olmamasını xüsusi qeyd etdi”. Cia.az xəbər verir ki, bu sözləri Şöhrət ordenli Əməkdar məşqçi Firdovsi Umudov öz feysbuk hesabında yazıb. Dünyanın ən yaxşı məşqçisi seçilmiş F.Umudov yeni nazir təyinatından sonra ölkə idmanının yeni mərhələyə qədəm qoyacağına inandığını bildirib: “Ölkənin idman ictimaiyyəti bir daha əmin oldu ki, cənab Prezident hər şeydən xəbərdardır və bütün prosesləri yaxından izləyir. Reallıq budur ki, bəzi idman federasiyalarında çox ciddi problemlər var və bu problemlərin başlıca səbəbi idarəetmə ilə bağlıdır".