banner
banner

Sosİal

Bakının Xəzər rayonunda ev yandı

Bakının Xəzər rayonunda ümumi sahəsi 240 m² olan (hər mərtəbəsi 120 m²) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Cia.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

“Bolt” taksi şirkətinin fırıldağı

Bolt taksi şirkətindən şikayətlər bitib tükənmir. Redaksiyamıza daxil olan şikayətə görə şirkətdən taksi sifariş edən zaman gediş haqqı aşağı qiymət yazılıb, müştərini məmnun etsə də, mənzil başına çatanda sürücülər artıq məbləğ tələb edirlər.

Fuad Muradovun əmri ilə yeni vəzifə

Cia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub. komitənin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub. Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunub və həmin şöbəyə birləşdirilib

Dənizçilərin sənədlərinin etibarlılıq müddəti uzadıldı

Cia.az xəbər verir ki, Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.

Metronun işində dəyişikliklər ediləcək - YENİ QƏRAR

Yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabr ayının 20-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək. “Bakı Metropoliteni” QSC-dən Cia.az-a verilən məlumata görə, ümumən, “COVID-19” pandemiyası və ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə “Bakı Metropoliteni” QSC fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, tapşırıq və tövsiyələri, eləcə də müvafiq metodiki göstərişlər və digər tələbləri nəzərə almaqla qurub.