banner
banner

Dünya

İsraildə yeni ştama yoluxma halı aşkarlandı

İsraildə koronavirusun yeni B.1.1.529 ştamına yoluxma faktı aşkar olunub. Cia.az İsrailin Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni ştam Malavidən ölkəyə qayıdan İsrail vətəndaşında qeydə alınıb.

Rusiyanın Kemerovo vilayətində matəm elan olundu

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə görə matəm elan edilib. Cia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Paşinyandan görüş öncəsi ermənilərə - Çağırış

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur vilayətinin icma rəhbərləri ilə görüşüb. Paşinyan görüş zamanı Zəngəzur dəhlizi barədə danışmaqla yanaşı, həm də Qarabağla bağlı bəyanat da verib. Cia.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Paşinyan erməniləri Qarabağın Azərbaycana məxsus olması fikri ilə barışmağa çağırıb.

Türkiyə də Rusiyaya başsağlığı verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyaya bu ölkənin Kemerovo vilayətində kömür mədənində baş verən faciə ilə bağlı başsağlığı verib. Cia.az xəbər verir ki, Türkiyə XİN-in yaydığı başsağlığı mətnində deyilir:

Putinin şəklindən istifadə 36 min dollara başa gəldi

Gürcüstanın Rabitə Komissiyası Rusiya Prezidenti Vladimir Putinin təsvirinin hakim “Gürcü arzusu” partiyasının nümayəndələrinin fotoşəkillərindən ibarət olduğu videoçarxa salınmasına görə müxalif “Mtavari Arkhi” televiziya şirkətini 111,9 min lari (təxminən 36 min dollar) cərimələyib.

Türkiyə ordusu şəhid verdi - FOTO

Türkiyə ordusunun hərbçisi şəhid olub. Cia.az “CNN Türk”ə istinadən xəbər verir ki, Suriya ilə sərhəd xəttində xidmət edən əsgərlər Türkiyə-Suriya sərhədini keçməyə çalışan bir qrup şəxsə “dayan” əmri verib. Buna baxmayaraq, Suriya tərəfindən açılan atəş nəticəsində 29 yaşında türkiyəli hərbçi Savaş Dinç ağır yaralanıb.

Rusiyada general-mayor ev dustaqlığına məhkum edildi

Rusiyada “Kapustin Yar” hərbi poliqonunun rəisi general-mayor Oleq Kislov ev dustaqlığına məhkum edilib. Cia.az “Kommersant”a istinadən xəbər verir ki, Kislov barədə bu qərar Rusiyanın Müdafiə Nazirliyinə məxsus 300 ton yanacağın itməsi ilə bağlı başlanılan cinayət işi çərçivəsində verilib.

Slovakiyada ikihəftəlik ümumilli lokdaun elan olundu

Slovakiya hökuməti ölkədə epidemik vəziyyətin kəskinləşməsi, koronavirusun sürətlə yayılması fonunda ikihəftəlik lokdaun barədə qərar qəbul edib. İqtisadiyyat naziri Rihard Sulik qərarın noyabrın 25-dən qüvvəyə minəcəyini bəyan edib.