Dünya
“Taliban” qızların hansı halda məktəbə gedə biləcəyini açıqlayıb
“Taliban” Hərəkatı qızların məktəbə getməsinin əleyhinə deyil, ancaq bunun üçün təhlükəsiz mühit və təhlükəsiz nəqliyyat təmin olunmalıdır”. Cia.az məlumatına görə, bunu “Spiegel” nəşrinə müsahibəsində “Taliban”ın təmsilçisi Zabiulla Mücahid bildirib.
Nuran Abdullayev yeni vəzifəyə seçilib
Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə yeni sədr müavini seçilib. Cia.az-ın məlumatına görə, ötən gün Almaniyanın paytaxtı Berlin şəhərində Alyansın keçirilən toplantısında bununla bağlı qərar verilib. Belə ki, toplantıda Alyansın İdarə Heyətinə seçkilər olub və 13 nəfər İdarə Heyətinə üzv seçilib. Alyansın İdarə Heyətinin sədr müavini vəzifəsinə Almaniyada yaşayan tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev layiq görülüb
İranda son sutkada 391 nəfər koronavirusdan ölüb
İranda ötən sutka ərzində 391 nəfər koronavirusdan (COVID-19) ölüb. Cia.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 117 182 nəfərə yüksəlib.
Suriyada 10 PKK/PYD terrorçusu məhv edilib
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorizmlə mübarizəni davam etdirir. Cia.az-ın Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, “Barış bulağı” bölgəsinə hücum etməyə cəhd edən terrorçulara qarşı əməliyyat həyata keçirilib. Türkiyə xüsusi təyinatlılarının əməliyyatı nəticəsində 10 PKK/PYD terrorçusu məhv edilib.
İlk kosmos turistləri Yerə qayıtdı - Video
“SpaceX”in kosmosa göndərdiyi ilk kosmos turistləri üç günlük səyahətdən sonra Yerə dönüblər.
Ərdoğan ABŞ-a gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19-22 sentyabr tarixlərində ABŞ-a səfər edəcək. Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan sentyabrın 20-də Nyu-Yorkda inşa edilən Yeni Türk Evinin açılışını edəcək. O, 21-də Baş Assamb
Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN
İran üçün qonşu ölkələrin ərazi bütövlüyü bütün hər şeydən vacibdir." Cia.az-a virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadənin bəyanatında deyilir.
Ermənistanda etiraz aksiyaları başladı
Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları başlayıb.
Amerikalı milyonçu özünü ələ verdi: Bilmədən sevgilisini öldürdüyünü etiraf etdi
merikalı milyonçu Robert Derst sevgilisi Syuzan Bermanın qətlində təqsirli bilinib.
"Ticarət ancaq mal alıb-satmaq deyil" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin 28-ci Adi Ümumi Qurultayında və İxracat Çempionları mükafatı mərasimində çıxış edib.
Dünyanın ən varlı ailələrinin SİYAHISI SİYAHISI
Dünyanın 25 ən varlı ailəsinin məcmu varidatı 1,7 trilyon ABŞ dolları təşkil edir ki, bu da keçən ilə nisbətən 22 faiz çoxdur.
Putinə sui-qəsd planı var? - Bakıda qətli önlənən prezidentin mühafizə sirləri
Rusiya fövqəladə hallar nazirinin müəmmalı ölümündən sonra ölkənin rəhbər heyətinin mühafizəsi niyə gücləndirilib, prezident özünü niyə təcrid edib...
Yəmən BMT-yə çağırış etdi
Yəmən hökuməti 2018-ci ildə Husilərin Siyasi Şura rəhbəri Saleh əs-Sammadı öldürməkdə ittiham olunan doqquz nəfər haqqında çıxarılan edam qərarının dayandırılması üçün BMT və beynəlxalq aləmə çağırış edib. Cia.az xəbər verir ki, Yəməndə Husilərə məxsus SABA edam qərarını elan etməsindən sonra Yəmənin informasiya naziri Muammər əl-İryani açıqlama yayıb
Ağ Ev sentyabrın 22-də Virtual Pandemiya Sammitinə ev sahibliyi edəcək
Ağ Ev ABŞ Prezidenti Co Baydenin sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində pandemiya ilə mübarizə mövzusunda Virtual Pandemiya Sammitini təşkil etmək niyyətində olduğunu təsdiqləyib. Cia.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Jen Psaki bildirib.
Mançester Yunayted” futbol komandasının 17 yaşlı azarkeşi özünü asıb.
Hindistanın Kerala əyalətində qəribə hadisə baş verib. “Mançester Yunayted” futbol komandasının 17 yaşlı azarkeşi özünü asıb. Səbəbi isə - UEFA Çempionlar Liqasının qrup mərhələsində İsveçrənin “Yanq Boyz” klubuna uduzan “Mançester Yunayted” məğlubiyyətidir. Beləki, komandanın azarkeşi bu məğlubiyyəti həzm edə bilməyib və canına qəsd edib.
Trampdan sensaion açıqlama: “2024-cü ildə ABŞ dağılacaq“
“Üç il ərzində ABŞ adlı bir ölkə qalmayacaq”.


