Dünya
Ermənistana milyarderlərin və milyonçuların təsir qüvvəsi güclüdür
Ermənistanda yeni kəskin siyasi mövsüm ərəfəsində nələr baş verir? Erməni müxalifəti oktyabrın 1-dən etiraz aksiyalarına başlayacağını vəd edir. Rusiyanın hakim “Vahid Rusiya” partiyası “Ermənistan” blokunun lideri, ölkənin keçmiş prezidenti Robert Koçaryanı məsləhətləşmələr üçün Moskvaya dəvət edir. Rusiya prezidenti Vladimir Putinin şəkilləri olan plakatlar bütün Ermənistanı bürüyür. Cia.az bütün bunlar barədə erməni jurnalist, epress.am nəşrinin baş redaktoru Yuri Manvelyanla söhbət edib.
Türk dünyasında vahid informasiya məkanının yaradılması perspektivləri - Avrasiya Media Forumunda müzakirə olunub (FOTO)
Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası XVII Avrasiya Media Forumunun təşkilat komitəsi ilə birlikdə "Türkdilli ölkələrdə media. Yeni reallıqlar şəraitində əməkdaşlığın inkişafı" adlı dəyirmi masa təşkil edib.
Putin üzr istədi - Səbəb
Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçirilən Zirvə toplantısına qatıla bilmədiyi üçün toplantı iştirakçılarından üzr istəyib.
Saakaşvilinin çağırışları narkomanın və qeyri-ciddi insanın sözləridir - İrakli Qaribaşvil
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin ölkəyə gəlməyəcəyinə əmin olduğunu, onun bu cür açıqlamaları narkotik vasitələrin təsiri altında verdiyini deyib. Cia.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.
Etirazçılar Qnel Sanosyan ilə görüş tələb edirlər.
Ermənistanın Qeqarkunik vilayətinin Qeqamasar icmasının sakinləri Zod (Sotk)-Basarkeçər magistralını bağlayıb. Cia.az erməni KİV-nə istinadən xəbər verir ki, onlarla sakin Qeqamasar icmasının Basarkeçərə birləşdirilməsinə dair planlara etiraz olaraq yolu bağlayıblar.
Rusiya BMT-nin vaksin sənədi qərarına etiraz etdi
BMT sentyabrın 21-də Nyu-Yorkda başlayacaq 76-cı Baş Assambleya iclaslarına qatılacaq lider və nümayəndələrdən vaksin vurdurduqlarına dair sübut göstərmələrini istəyəcək.
Dünya liderlərindən vaksin sənədi tələb edildi
BMT sentyabrın 21-də Nyu-Yorkda başlayacaq 76-cı Baş Assambleya iclaslarına qatılacaq lider və nümayəndələrdən vaksin vurdurduqlarına dair sübut göstərmələrini istəyəcək.
Türkiyədən uçan təyyarə Rusiyada təcili eniş etdi
Türkiyənin Antalya şəhərindən havaya qalxan Rusiyaya məxsus təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına təcili eniş edib.
İranda daha 452 nəfər koronavirusdan ölüb
İranda ötən sutka ərzində 452 nəfər koronavirusdan (COVID-19) ölüb. Cia.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
“Sərhəddə gərginliyi azaltmaq vacibdir” - Toivo Klaar
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana iki günlük səfərini başa vurub. Cia.az xəbər verir ki, bu barədə Klaar öz rəsmi tviter hesabında məlumat paylaşıb.
Ermənistan rəhbərliyi nəyin bahasına olursa-olsun, “Ermənistan” fraksiyasını zərərsizləşdirməyə çalışır.
Ermənistan rəhbərliyi nəyin bahasına olursa-olsun, “Ermənistan” fraksiyasını zərərsizləşdirməyə çalışır. Cia.az xəbər verir ki, bunu öz mənbələrinə istinadən “Joxovurd” qəzeti yazıb.
Jirinovski məktəblərin “Taliban“ üslubunda bölünməsini təklif etdi
“Rusiyadakı təhsil müəssisələri kişi, qadın və qarışıq məktəblərə bölünməlidir”.
“İt yiyəsini tanımır, hansı sosial məsafədən söhbət gedir?“ - Etiraz
Ermənistanda “COVID” testi adı altında soyğunçuluq həyata keçirilir. Bu işi biznesə çevirənlər isə millətin qanını içir.
Saakaşvilinin birbaşa dövlətə və kilsəyə qarşı sui -qəsdidir
"Bu, bizim dağıdıcı müxalifətimizin, Saakaşvilinin birbaşa dövlətə və kilsəyə qarşı sui -qəsdidir və təəssüf ki, bu sui -qəsddə başqa xəyanətkarların izləri də var"Cia.az xəbər verir ki, baş nazir İrakli Ğaribaşvili jurnalistlərin gizli qeydlərlə bağlı sullarına açıqlama verib.
Gürcüstanda azərbaycanlılar arasında təbii artım azalıb
Bu ilin birinci yarısında Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım 195 nəfər təşkil edib. Cia.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib. Sənədə əsasən, illik müqayisədə təbii artım 262 nəfər azalıb.
Rusiyada koronavirusdan ölənlərin sayı 195 mini ötüb
Rusiyada son sutka ərzində daha 18 841 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Cia.az-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 194 916 nəfərə çatıb.


