Dünya
“Sputnik Armenia” xəbər yaydı-Ermənistanda koronavirusa yoluxanların sayı artır
Ötən sutka ərzində Ermənistanda 756 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Cia.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla ölkədə COVID-19-a yoluxanların sayı 250 559 nəfərə çatıb.
Məhdudiyyətlərə test məcburiyyəti və qapalı məkanlara giriş yasağı daxildir
Koronavirusun dördüncü dalğası ilə mübarizə aparan Yunanıstan vaksin vurdurmayan şəxslərə bir sıra məhdudiyyətlər tətbiq edəcək. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məhdudiyyətlərə test məcburiyyəti və qapalı məkanlara giriş yasağı daxildir.
İtaliyada üçüncü doza vaksinasiyaya başlanılır
Italiyada sentyabrın 20-dən koronavirus vaksininin üçüncü dozasının tətbiqinə başlanılır. Cia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Türkiyədə virusdan ölənlərin sayı artır
Türkiyədə son sutkada COVID-19-dan 276 nəfər ölüb. Cia.az xəbər verir ki, son sutkada 334 535 nəfər test edilib, onların 27 802-nin nəticəsi pozitiv çıxıb.
Özbəkistana sığınan əfqan əsgərlər üçüncü ölkəyə göndərildi
Özbəkistan Xarici İşlər Nazirliyi ölkəyə sığınan əfqan əsgərlər və vətəndaşlarla bağlı məlumat yayıb.
Ərdoğanla Frank-Valter Əfqanıstanı müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.
Rusiya və İran prezidentlərinin telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin və onun iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Çexiya Prezidenti xəstəxanaya yerləşdirilib
Çexiya Prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib. Cia.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Praqadakı Mərkəzi Hərbi Hospitalın nümayəndəsi İtka Zinke jurnalistlərə bildirib. Onun sözlərinə görə, Çexiya dövlət başçısı təxminən bir saat əvvəl tibb müəssisəsinə yerləşdirilib.
Daha bir terrorçu Türkiyə ordusuna təslim oldu
Türkiyənin Daxili İşlər Nazirliyi “boz kateqoriya”da olan daha bir PKK üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb. Cia.az “TRT Haber”ə istinadən xəbər verir ki, inandırma cəhdləri nəticəsində təslim olan şəxsin 2014-cü ildə təşkilata qoşulduğu və “Terrora görə axtarılanlar siyahısında” “boz kateqoriya”ya daxil edildiyi müəyyən edilib.
“The New York Times”: “İran bir aydan sonra atom bombasını yarada bilər”
Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq. Belə ki, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var.
BP-nin bərpa olunan enerji bölməsinin rəhbəri vəzifəsindən gedir
Böyük Britaniyanın enerji nəhəngi sayılan BP şirkətinin bərpa olunan enerji bölməsinin rəhbəri Dev Sanyal ilin sonunda şirkətdən ayrılacaq. Cia.az-ın məlumatına görə, bu barədə BP-nin açıqlamasında deyilir.
Kreml: COVID-ə görə özünü təcrid edən Putin tamamilə sağlamdır
“Özünütəcrid rejiminə keçən Rusiya Prezidenti Vladimir Putin tamamilə sağlamdır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Bir ürək savaşı
Yəqin ki, çoxunun yadındadır , təxminən üç il bundan əvvəl Gürcüstanlı soydaşımız Knyaz Əliyev üçün əl-ələ verib gənci yaşatmaq üçün mücadilə etdi. Gürcüstan sərhəddini aşıb ,Atv televizyası ilə səsini xalqına çatdıran Knyazın səsinə səs verdilər. Həyatda qalması üçün ürək transplantasiyanı ehtiyacı var idi Knyazın
"Gürcüstanda demokratiya məhvə sürüklənir" - ""Gürcü Arzusu" xalqı Saakaşvili ilə qorxudur..."
“Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının qərbli tərəfdaşları ilə çəkişməsi və davamlı siyasi qütbləşmə ölkədəki demokratik proqresi məhvə sürükləyə bilər”.
Rusiyada partlayış
Cia.az xəbər verir ki, Rusiyada Primorsk diyarında müqavilə əsasında xidmət edən hərbçi həlak olub. bu barədə məlumatı Sakit okean Donanmasının Mətbuat Xidməti yayıb.
Baydenin sözü ağzında qaldı
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev ABŞ Prezidenti Co Baydenin çıxışının canlı yayımını yarıda kəsib.insident ABŞ Prezidenti Aydaho ştatında ölkənin qərbində baş verən meşə yanğınları ilə bağlı danışarkən olub. Məlumata əsasən, Bayden sual vermək istəyərkən çıxışı yarıda kəsilib və o, “Üzərində işlədiyimiz məsələlərdən biri...” deyərkən yayım səbəbi izah olunmadan kəsilib.


