banner
banner

Dünya

Saakaşvili seçkilərdə hərbi qulluqçuları fəal iştiraka çağırıb

Cia.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu ölkənin Müdafiə Qüvvələrinin zabit və hərbçilərimə müraciət edib.O, hərbi qulluqçuları qarşıdan gələn yerli seçkilərdə fəal iştiraka çağırıb. M.Saakaşvili videomüraciətində deyib ki, Gürcüstana bu gün kömək lazımdır: “Mən sizə ilk növbədə Gürcüstan vətəndaşları kimi müraciət edirəm. Biz hamımız vətəndaş borcumuzu yerinə yetirməyə hazır olmalıyıq.

Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir.

Cia.az xəbər verir ki,Ermənistanın müdafiə naziri Arşak karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir. Erməni KİV-nə istinadən xəbər verir ki, Karapetyan bu gün Rusiya və Belarusun Silahlı Qüvvələri arasında keçirilən birgə “Qərb-2021” təlimlərinin keçirildiyi Nijqorod vilayətini ziyarət edəcək.

Ingiltərə də Covid pasportundan imtina etdi

Cia.az xəbər verir ki, Böyük Britaniya hökuməti İngiltərədə gecə klublarına və kütləvi tədbirlərə daxil olmaq üçün tələb olunan peyvənd pasportlarından imtina edib? bu barədə məlumatı Britaniyanın səhiyyə naziri Sacid Cavid açıqlayıb.

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yol polisinə etiraz

Cia.az xəbər verir ki, Gürcüstanın Marneuli rayonunun Təzəkənd kəndində yol-nəqliyyat hadisəsi baş verib. Dünən təqribən saat 21:30 radələrində Elşən Əliyev “Mercedes” markalı avtomobil ilə hərəkət edərkən işıqforları yanmayan patrul polis onu təqib edib. Polisin onu izlədiyini görən sürücü maşını kənddəki evin hasarına çırpıb.

İranda zəlzələ baş verib

Cia.az xəbər verir ki, İranın şimal-şərqində 5.1 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

ABŞ və Britaniya liderləri görüşəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson BMT Baş Assambleyasının açılışında iştirak etmək üçün ABŞ-a 4 günlük səfəri çərçivəsində bu ölkənin Prezidenti Cozef Baydenlə görüşəcək.

İrkutskda matəm

Rusiyanın İrkutsk vilayətində L-410 sərnişin təyyarəsinin qəzaya düşməsi səbəbindən bir günlük matəm elan olunub. Cia.az -axəbər verir ki, vilayətin qubernatoru İqor Kobzev bu barədə sərəncam imzalayıb.

Ukraynada öz mövcudluğunu artırması ilə bağlı zərurət var.

krayna prezidenti Vladimir Zelenski rəsmi Vaşinqtondan alınan yardımın miqdarı baxımından Ukraynanı Əfqanıstanla müqayisə etməməyə çağırıb. “Düşünmürəm ki, Ukrayna ilə Əfqanıstanı müqayisə edə bilərik. Biz Əfqanıstan qədər ABŞ-dan asılı deyilik. Hesab edirəm ki, Ukrayna kimi coğrafi baxımdan böyük bir ölkəni dörd, beş, yeddi gündə ələ keçirmək mümkün deyil”, - Cia.az xəbər verir ki, bu sözləri Zelenski “CNN” telekanalına müsahibəsində deyib.

Putin Belarusa gedir

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin sammitində iştirak etmək üçün oktyabrın ortalarında Belarusa səfər etmək niyyətindədir.

Bayden həyat yoldaşına qarşı hörmətsizlik etdi

Cia.az xəbər verir ki,“C-SPAN” telekanalı tərəfindən yayımlanan verilişdə ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cillin çıxışı zamanı naməlum istiqamətə getməsi ilə bağlı yayılan video sosial media istifadəçilərini qəzəbləndirib.

Putin Belarusa səfər etməyi planlaşdırır

Cia.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin MDB sammitində iştirak etmək üçün oktyabr ayında Belarusa səfər etməyi planlaşdırır.Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.